WADA Rusiyanı Olimpiadaya buraxmamaqda qərarlıdır


WADA  Rusiyanı Olimpiadaya buraxmamaqda qərarlıdır
Ümumdünya Antidopinq agentliyi təsisçilər şurası (WADA) Rusiya antidopinq agnetliyinin (RUSADA) hüquqlarını bərpa etməyib. Qərar həftənin dördüncü günü Seulda keçirilən yışıncada qəbul edilib.

RUSADA-nın bərpası ilə dağlı dinləmələr ərəfəsində Rusiya idman naziri Pavel Kolobkov RF-nin WADA antidopinq sisteminin bərpa tələblərini yerinə yetirdiyini söyləyib.

WADA-nın bu qərarı Rusiya yığmasının Olimpiada 2018-də Pxençandakı iştirakını əngəlləyə bilər.

Kolobkov qeyd edib ki, Rusiyanın neytral bayraq altında iştirakı variantı mümkün deyil.

“Bu olimpia hərəkatının bir hissəsi, bu bütün millətlərin birləşməsidir. Və bayrağın olmaması Beynəlxalq Olimpia Komitəsinin prinsiplərinə ziddir və olimpia hərəkatında bu varinat qəbuleilməzdir””-deyə İdman naziri deyib.

Rusiya yığmasının olimpia oyunlarına buraxılması ilə bağlı son qərar dekabrının əvvəlində Beynəlxalq Olimpia Komitəsinin icra komitəsində qəbul eiləcək.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir