Yaşı 25-dən yuxarı olan qadınlar daha “kişisiz”” Səudiyyə Ərəbistanına gedə bilərlər”


Yaşı 25-dən yuxarı olan qadınlar  daha "kişisiz" Səudiyyə Ərəbistanına gedə bilərlər
25 yaşından yuxarı olan qadınlar kişilərin müşaiyəti olmadan Səudiyyə Ərəbistanını ziyarət edə bilərlər. 25 yaşından aşağı başqa ölkə vətəndaşları hər zamankı kimi kişi müşaiyəti olmadan ölkəyə gələ bilməzlər. Bu haqda yerli Arab News qəzeti yazıb.

Xüsusi turist vizasına 2018-ci ilin birinci rübündən start veriləcək. Birdəfəlik vizanın müddəti 30 günlükdür. Turizm və Milli İrs baş idarəsinin nümayəndəsi Omar al-Mübarəkin sözlərinə görə bu qərar ölkədə turizmin inkişafına və həmçinin xarici turistlərin Səudiyyə Ərəbistanının mədəniyyəti haqqında çox şey öyrənməsinə imkan yaradacaq.

Eyni zamanda ölkədə əməkçi miqqrantlar və dini adamlar üçün digər vizalar da var. Turist vizasının tətbiq ediləcəyini Səudiyyə höküməti 2018-ci ilin əvvəlində elan etmişdi. 2030-cü ilə onun səviyyəsini ildə 30 milyon nəfərə qaldırmaq planlaşdırılıb. Hazırda bu rəqəm iki dəfə azdır. Bu saya turistlər daxil deyil.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir