Yavər Həsən Moskvada “İlin şairi” mükafatına layiq görülüb


Yavər Həsən Moskvada “İlin şairi” mükafatına layiq görülüb
Bu mükafatdan bir sonrakı addım “Mayakovski adına medalla təltifdir.

Sevindirici xəbəri şair özü Facebook səhifəsində paylaşıb. Ona ünvanlanan məktubda redaksiya komissiyasının Yavər Həsəni “İlin şairi” adı ilə mükafatlandırmasına qərar verildiyi yazılır.

Laureatları mükafatlandırma mərasimi 2019-cu ilin mart ayının 18-də Moskva hökümətinin Böyük konfrans zalında gerçəkləşdiriləcək. Qeyd edək ki, bu ölkənin əsas ədəbiyyat hadisələrindən biridir. Və bu gün ənənəvi olaraq laureatları təbrik etmək üçün mərasimə ədəbi mühitin məşhur simaları, siyasətçilər, jurnalsitlər və mədəniyyət xadimləri qatılırlar. Eyni zamanda RF Federasiya Şurası, Dövlət Duması, Mədəniyyət nazirliyi, Rusiya mətbuat və kütləvi informasiya vasitələri federal agentliyi, digər dövlət və ictimai qurumlar iştirakçıları salamlayırlar.

Xatırladaq ki, 2018-ci il Rusiyada “Mayakovski ili” elan edilmişdi. “İlin şairi” mükafatı namizədlərinin ədəbi nümunələrinin dərc olunduğu almanax Böyük münsiflər tərəfindən seçilib müsbət qiymət alacaq və sonra Mayakovski medalı ilə mükafatlandırılacaq.
Yavər Həsənin Mayakovski medalına ən parlaq namizəd olacağına da inanırıq və onu təbrik edirik!

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir