Proxorov Moskva meri seçkilərini baykot etməyə çağırdı


Proxorov  Moskva meri seçkilərini baykot etməyə çağırdı
Bi az əvvəl özünün seçkidə iştirak etməsi qanuna görə mümkün olmadığından patformasından kimin seçkilərə gedəcəyini elan edəcəyini deyən Proxorov gün yarı olmamış mer seçkilərində iştirak etməkdən imtina etdiyini bəyan etdi.
O, bununla da qalmayaraq moskvalıları mer seçkilərini baykot etməyə çağırıb.
Mixail Proxorov “Qrajdanskaya platforma” Moskva meri seçkilərini namizəd irəli sürməyəcəyini söyləyib.

Çərşənbə günü Proxorov Yuriy Lijkovla görüşüb, onun seçki qərargahına başçılıq etməsni istəmişdi. Elə həmin gün də hüquqşünasla görüşən biznesmen seçkilərdə iştirak edə bilib-bilməyəcəyini öyrənib. Xaricdə mülkü və aktivləri olduğundan seçkidə iştirak edə bilməyəcəyi dəqiqləşəndən sonra o, platformasından başqa bir namizədin irəli sürüləcəyini bildirmişdi.

İndi seçkiyə getməkdən imtina etməsini “Bu təcili seçki moskvalıların əleyhinə olan seçkidir” deyə dəyərləndirib.

“Hətta 2012-ci ildə Putin bu qaydanın kənarına çıxmadı. Moskvada bütün prosedur qaydalar pozulur, bütün bunlar ona görə edilir ki, müxalif namizədlər seçkilərdə iştirak etməyə macal tapmasınlar. Buna görə də “Qrajdanskaya platforma” namizədini irəli sürməyəcək. Bunun yerinə gələn il Moskva şəhər duması seçkilərində qalib gəlmək üçün biz güclü komanda toplayacağıq”-deyib Proxorov.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın