MƏMMƏD ƏMİN ANILDI
Dünən, yanvarın 31-də Moskvada Məmməd Əmin Rəsulzadə məclisinin yığıncağı keçirildi. Azərbaycan Demokratik Respublikasının yaradıcısı M. Ə. Rəsulzadənin anadan olmasının 129-cu ildönümünə həsr olunmuş yığıncaqda çıxış edənlər türk dünyasının ən parlaq nümayəndələrindən biri olan böyük ictimai və siyasi xadimin çoxşaxəli fəaliyyətindən danışdılar.Qeyd olundu ki, Məmməd Əmin Rəsulzadə Azərbaycanın azadlığı və müstəqilliyinin simvoluna çevrilmiş, onun əsərləri isə siyasi təfəkkürün yeni istiqamətinin əsasını qoymuşdur.
Yığıncağın sonunda gələn il Moskvadakı digər Azərbaycan ictimai təşkilatları və başqa cəmiyyətlərin iştirakı ilə Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyini geniş qeyd etmək barədə qərar qəbul edilmişdir.
/Yenisəs.ru/