Mətbuat azadığına görə Rusiya dünyada 148-ci yerdədir


Mətbuat azadığına görə Rusiya dünyada 148-ci yerdədir
“Sərhədsiz repartyorlar” beynəlxalq insan haqları təşkilatı mətbuat azadlığı durumunu əks etdirən növbəti reytinq cədvəlini yayımlayıb. Rusiya ötən ilki mövqeyini dəyişməyərək 180 ölkə arasında yenə də 148-ci olub.

Hesabatın müəllifləri RF-da bir sıra yeni dəyişiklikləri və həmçinin Rusiya KİV-nin özünüsenzurasını tənqid ediblər. “Sərhədsiz repartyorlar”ın fikrincə KİV-də işlənməsi mümkün sayılmayan leksikanın, dindarların hisslərinin təhqir edilməsinin yolverilməzliyi, homoseksualizmin təbliğ olunmasının yasaqlanması, həmçinin qadağan olunmuş saytların reesterinin yaradılması və bu kimi dəyişikliklər mətbuatın azadlığını məhdudlaşdırır. Bundan baqşa onlar Rusiya KİV-nin özünəsenzurasından, “Rosbalt”informasiya agentliyinin lisenziyasının geri alınmasından, Şimali Qafqazda jurnalistlərin vəziyyətindən də narazı olduqlarını qeyd ediblər.

“Sərhədsiz repartyorlar” 2013-cü ilin başlanğıcında dünyada azad mətbuatın illik reytinqini dərc etmişdi. 2012-ci illə müqayisədə o zaman Rusiya 179 ölkə arasında 148-ci yeri tuturdu. Hesabatın müəllifləri qeyd edirlər ki, 2012-ci ildə Vladimir Putin hakimiyyətə gəldiyi andan KİV üzərində nəzarət modelini qonşu postsovet ölkələrinı də ötürüb. Ukrayna (127-ci), Azərbaycan (160-cı yer, 3 pillə daha aşağı), Mərkəzi Asiya ölkələri Rusiya repressiya qanunvericiliyi və nəzarət metodundan uğurla yararlanıblar.

“Sərhədsiz repartyorlar” iddia edirlər ki, söz azadlığı problemi cənab Putinin hakimiyyətə gəldikdən sonra daha ciddi şəkil alıb.
ABŞ və Böyük Britaniya da təşkilatın kəskin tənqid hədəfinə tüş gəlib. “Onlar dinləməyə görə mübarizə etmək yerinə dövlət sirrini açanların ovuna başladılar. Ona görə bir il ərzində ABŞ 14 pillə aşağı düşərək- 46-cı yerdı, Böyük Britniya isə 3 pillə aşağıda -33-cü yerdə bərqərar olub. Üç liderin- Finlandiya , Holandiya və Horveçin yeri isə dəyişməz qalıb. Bu il reytinqdə iştirak edən ölkə siyahısına Belize əlavə olunub. O, söz azadlığına görə 29-cu yerdə qərar tutur.

“Sərhədsiz repartyorlar” beynəlxalq insan haqları təşkilatı mətbuat azadlığı reytinqi siyahısını hər ölkəyə bir sıra kriteriyalar baxımından qiymət verərək 2002-ci ildən yayımlayır. O kateqoriyalara senzuranın mövcudluğu, müxalifətin mövqeyini KİV-də açıqlamasının mümkünlüyü, jurnalistlərə olan hücumların sayı və s. daxildir.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın