də Qarabağın tarixindən danışdı’ title=’Moskvada azərbaycanlı şagird “Açıq dərs&quot


Moskvada  azərbaycanlı  şagird   “Açıq dərs"də  Qarabağın tarixindən danışdı
Moskva məktəblərindən birində 11-ci sinfin tarix fənnindən keçirilən “Açıq dərs”i Qarabağ mövzusuna həsr edilib. Əslində rus məktəbində Azərbaycanın işğal altında olan ərazisi -Qarabağ, onun tarixinə müraciət olunması həmin məktəbin 11-ci sinif şagirdi Pərvin Qurbanovanın sayəsində baş tutub.

Zaman-zaman işğala məruz qalan , 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan dilbər güşəmiz Qarabağ haqqında həqiqətləri dilə gətirən, onun tarixi Azərbaycan torpaqları olduğunu oxuduğu tarixi mənbələrə isitinadən dəlillər və sübutlarla ortaya qoyan Pərvin Qurbanovanın məruzəsi şagirdlər və müəllim kollektivi tərəfindən rəğbətlə qarşılanıb.

Məktəbin əlaçı şagirdlərindən biri kimi müəllimlərin sevimlisi olan Pərvin Qurbanovanın vətən məhəbbətinı, onun tairixinə həssaslığını tarix müəllimi vətənpərvərliyə örnək olacaq bir hərəkət kimi qiymətləndirilib.

Onu da qeyd edək ki, Pərvin Qurbanovanın “Açıq dərs” mövzusu olan “Qarabağ tarixi” haqqında materialı bir dərsə sığmayıb. “Açıq dərs”” ertəsi gün də davam edib. Qarabağın tarixindən ətraflı məlumat verib, çox sayda tarixi qaynaqlardan misallarla fikrini əsaslandıran şagirdi maraqla dinləyiblər. Təbii ki, azərbaycanlı qızı tarix müəllimi tərəfindən “əla” qiymət alıb.

Müəllimi bu günün aktual problemi və hər zaman müzakirə və polemika mövzusu olan Qarabağ haqqında bilgilərini bölüşmək istəyində olan Pərvinə “Açıq dərs”də (“Qarabağ tarixini müzakirə etməyə-red. ) meydan verməklə, onun timsalında şagirdlərinə hər kəsin Vətəninin tarixini bilməsinin vacibliyini göstərmək məqsədində olduğunu bildirib.

P.S. Oxuduğu orta məktəbdə “Qarabağın tarixini “Açıq dərs” mövzusu kimi keçirilməsinə nail olan 11-ci sinif şagirdi bu hərəkəti ilə həm də bizlərə “dərs verdi”.

O dərsdə müəllimlərə və sinif yoldaşlarına Qarabağ həqiqətlərindən danışaraq, bizə “tarximimizi, mədəniyyətimizi, milli kimliyimizi tanıtmaq və təbliğ etmək üçün sadəcə vətəni sözdə deyil, əməldə sevmək lazımdır”-ismarıcını verərək, əsl vətənpərvərlik dərsi keçmiş oldu.

Bir-biriylə çəkişmələrə başı qarışan, tribunanın yanında və ya dalında , bayrağın sağında, ya solunda durub şəkil çəkdirib diaspor fəalı kimi özünü göstərmək olar… Bununla özününkünün sahibi olduğunu göstərmək olmur, amma.

Xatırladım ki, Pərvin Qurbanova rəssamlar-Rusiyanın əməkdar rəssamı Qüdrət Qurbanov və İlhamə Qurbanovanın qızıdır.

Tünzalə Vəlıqızı
/Yenises.ru/

FOTOLAR
Moskvada  azərbaycanlı  şagird   “Açıq dərs&quot
</p>

<script type="text/javascript">
jQuery(document).ready(function($) {
	$.post(

Bir cavab yazın