AzerRos Millətlər evində “1941-45-ci illər Böyük Vətən müharibəsində Azərbaycanın rolu” mövzusunda dəyirmi masa keçirib
Aprel ayının 27-də Moskva Millətlər evində “Böyük Vətən müharibəsində Azərbaycanın rolu”na həsr olunmuş dəyirmi masa keçirilib. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunan tədbirdə “AzərRos” FMMM, Rusiyada mövcud olan muxtariyyətlərin rəhbərləri, Böyük vətən müharibəsinin iştirakçıları, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, ziyalılar və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rusiyalı politoloq Qriqori Trofimçuk hər kəsi salamlayaraq bildirib ki, dəyirmi masanı keçirməkdə məqsəd Azərbaycanın Böyük vətən müharibəsinin qələbəsindəki rolulunu müzakirə etməkdir. O Böyük vətən müharibəsi illərində Azərbaycan neftinin qələbənin əldə edilməsində müstəsna rolundan danışdı, SSRİ-də hasil olunan neftin 72 faizini Bakı neftinin verdiyini bildirdi. Qriqori Trofimçuk təəssüf hissiylə qeyd etdi ki, Azərbaycanın Böyük vətən müharıbəsində rolunun böyük olmasına baxmayaraq Bakıya qəhrəman şəhər adı verilməyib. Hazırda Rusiya öz şəhərlərinə “Döyüş şöhrəti şəhəri” adı verir. Bakıya “Qəhrəman şəhər” adının verilməməsini politoloq böyük tarixi ədalətsizlik adlandırdı.
Sonra Politoloq Qriqori Trofimçuk dəyirmi masanın işinə uğurlar arzu edərək hər kəsi mövzu ilə bağlı müzakirələrə qoşulmağa dəvət etdi.
Müharibənin qələbəsində Azərbaycanın rolundan danışan “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos FMMM) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov öz çıxışında qeyd etdi ki, əldə olunan qələbədə Azərbaycan rolu danılmazdır. 1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımıza xas olan ən ali, ən gözəl keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, sarsılmazlığını, mərdliyini nümayiş etdirdilər. Böyük Vətən müharibəsi illərində Azərbaycanın 700 min oğlu, qızı cəbhəyə yollanıb, onların 500 minə yaxını döyüşlərdə həlak olublar. 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görül. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı həlak olmuş,1941-ci ildən başlayaraq Azərbaycanda 402-ci, 369-cu, 223-cü, 416-cı diviziyalar təşkil olunmuşdur, əksəriyyəti azərbaycanlılardan ibarət olan bu diviziyalar şərəfli döyüş yolu keçmişdir,xalqımıza başucalığı gətirmişdir.
Abbas Abbasov çıxışında vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına hər cür qayğıyla və hörmətlə yanaşırdı. Onları xalqımızın ən əziz, ən mötəbər insanları sayırdı. Ulu öndər Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəmədi.
Azərbaycan müstəqillik əldə edəndən sonra belə ümummilli liderimizin Rusiyada 9 may Qələbə Günlərinə həsr edilmiş tədbirlərdə yaxından iştirak edirdi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra 9 may “Qələbə Günü” kimi rəsmiləşdirildi, dövlət bayramları sırasına daxil edildi. Bu əlamətdar gün hər il dövlət bayramı kimi xalqımız tərəfindən layiqincə qeyd edilir.
Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir.
Bir neçə gündən sonra prezident İlham Əliyev Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək. Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak etməsi böyük önəm daşıyır, bu Böyük Vətən müharibəsində həlak olan insanlara göstərilən qayğının, diqqətin əyani təzahürüdür. Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaqdır”.
Moskva Dövlət universitetinin tarix fakultəsinin dosenti Oksana Salopova öz çıxıışnda Belarus uğrunda vuruşan,qəhrəmanlıq göstərən azərbaycanlılardan danışdı, təkcə Brest şəhərinin müdafiəsində 44 azərbaycanlının qəhrəmancasına həlak olduğunu vurğuladı.
Samara vilayəti Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin rəhbəri Şirvan Kərimov çıxışında müharıbı illərində Azərbaycanda 130-dan çox hərbi-sursatın hazırlandığını,YAK-3 təyyarələrinin məhz Baskıda yığıldığını qeyd etdi. ”Bizim qələbəmiz bizim birliyimizdədir” deyə – vurğuladı.
“AzerRos”un Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri, öz çıxışında Bakıya qəhrəman şəhər adının verlməsini ön plana çəkdi.
Tədbirin sonunda “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Onlara “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin adından hədiyyələr və gül dəstələri verildi,
“AzərRos” FMMM –nin mətbuat xidməti“