TERRORUN DİNİ, MİLLİ MƏNSUBİYYƏTİ YOXDUR


TERRORUN DİNİ, MİLLİ MƏNSUBİYYƏTİ YOXDUR
Dekabrın 3-də Moskva “Jurnalistlər evi””ndə Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyəti (AzərRos), Ümumrusiya ento-jurnalistlər konqresi (ÜEJK) və Rusiya Jurnalistlər İttifaqı Moskva bölməsinin təşkilatçılığı ilə “”Vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin terrorizmə və ekstremizmə qarşı mübarizədə birləşməsi”” mövzusunda “”dəyirmi masa”” keçirildi.

Mövzunun müzakirəsinə müxtəlif millətləri təmsil edən jurnalistlər və ictimai qurumların nümayəndələri, eləcə də alim və ictimai xadimlər dəvət olunmuşdu.

“”Sputnik International”” radiosunun «Dəyirmi masa»da moderatorluq edən şərhçisi Dmitriy Babiç dünyanin yeni qaynar müharibəyə təhlükəli şəkildə yaxınlaşdığı bir vaxtda, ümumi düşmənlə mübarizənin üsullarında mövqelərin çarpışdığını, dünənki dostların bu gün düşmən adlandırılaraq qarşı-qarşıya gəldiklərini, bu şəraitdə jurnalistikada da böhran yaşandığını söylədi.

“”Bu gün peşəkar və həvəskar jurnalistikanın sərhədlərini heç kim ayıra bilməz. Bu mümkün deyil””. Bunları Çeçen müharibəsində əsir düşmüş və oradakı təəssüratlarını “”İnsanın dəyəri”” kitabında qələmə almış yazıçı-jurnalist İlyas Boqatıryov söylədi. O, -“”bu gün müasir jurnalistikanın problemi, ondan başqalarının öz mənafeləri üçün istifadə etməsinə imkan verməsindədir””,-dedi,- “”jurnalistika idarə etmir, idarə olunur””.

İslamşünas alim, professor Leonid Syukiyaynen çıxışına belə başladı:

Mən jurnalist deyiləm. Jurnalistlər aktual suallara cavab vermirlər, özlərinin istədiyi suallara cavab axtarırlar deyə, mətbuatın qərəzsiz, doğruluq prinsiplərindən tutmuş nitq, qrammatika qaydalarına qədər müəyyən mənada pozulduğunu qeyd etdi. Senzura insanın içində olmalıdır. Bu gün mətbuatda çoxmövqelilik, müxtəliffikirlilik çatmır. Vətəndaş cəmiyyətində də belədir. “İnsanlar hamısı eyni düşünməli, eyni rəydə olmalıdır” kimi bir şey yoxdur deyən alim,- “terrorla mübarizədən danışılanda onun adının müsəlmanla yanaşı çəkilməsindən də açıq danışmaq lazimdir,- dedi.
TERRORUN DİNİ, MİLLİ MƏNSUBİYYƏTİ YOXDUR
“”İGİL sadəcə terror qruplaşması deyil, özlərini İslam dövləti adlandıranlar və bütün dünya ilə savaşanlara bir dəstə ekstremist, terrorçu demək gülüncdür””. İslamın terrora dəxli yoxdur, lakin müsəlmanın terrora dəxli var. Çünki onu törədən müsəlmandır””-deyən alim, nədənsə bunu müsəlmanlar həssas qarşılayırlar.

Alimin terrorizmin bugünkü simasını müəyyən edən adların islam dininə mənsub olması ilə qeyri-ixtiyari terrorla milyonların etiqad etdiyi dini bir arada səsləndirməsi dəyirmi masa üzvlərinin kəskin reaksiyasına səbəb oldu.

250-yə yaxın elmi əsəri ilə islamı tədqiq edən islamşünas onlar üçün başqalarından daha çox əndişələndiyini xüsusi vurğulyaraq, müsəlmanlara düşmən deyiləm-dedi. “”Sadəcə ekstremizm ideyasına alət edilən müsəlmandır””-deyə fikrinə etiraz edənlərə qarşılıq verdi.

Moskva ləzgiləri cəmiyyətinin nümayəndəsi Arif Kərimov çıxışında Dağıstanın terrorçu hazırlanan yuvaya çevrildiyinə diqqət çəkib, bunun səbəbini gənclər üçün vahid ideoloji proqramın olmamasında gördüyünü dedi. “” Gənclik özbaşına buraxılıb””. 25 ildən bəri müxtəlif xarici kəşfiyyat dairələrinin platformasına çevrilən Dağıstanda, Arif Kərimovun fikrincə, təkcə Rusiya kəşfiyyatı yoxdur.
TERRORUN DİNİ, MİLLİ MƏNSUBİYYƏTİ YOXDUR
A. Kərimov Rusiya-Türkiyə arasındakı gərginlikdə KİV-in mövqeyini tənqid edərək, eyni adamların Yaxın Şərq, Qərb , qadın, hüquq, iqtisadi və sair məsələlərin hamısından ekspert kimi danışmasından, əsl ekspertlərin fikrinin soruşulmamasından gileyləndi.

Türkiyə ilə bağlı yaşanan böhrana “əslində Qərbin də istədiyi bu idi” kimi qiymət verdi. Rusiyanı türklərlə üz-üzə qoyurlar. Halbuki Rusiya həm daxildə, həm də sərhədyanı ərazilərdə türk, müsəlman dünyası ilə əhatə olunub.

RF prezident yanında Milli məsələlər üzrə şuranın üzvü Asif Məhərrəmov isə terrorizm və ekstremizmlə mübarizəni cəmiyyətin ölüm-dirim savaşına bənzətdi. Müsəlmanın dini kitabı olan Quranda terror kəlməsinin olmaması, onu inkar etdiyini nəzərə çatdırdı.

Milli məsələlər üzrə şura üzvü kimi Rusiyada bəzi ictimai qurumlara tanınmayan respublikanın qondarma ad altında müxtəlif tədbirlər keçirilməsinə icazə verdiyini anlamadığı ritorik sualını verdi.
TERRORUN DİNİ, MİLLİ MƏNSUBİYYƏTİ YOXDUR
Tanınmış politoloq Aleksandr Sevastyanov isə danışılmayanlardan danışacağam deyə, İGİL-ə hər hansı bir qruplaşma deyilməsinin gülməli olduğundan söz saldı. Burada bayaq da həmin fikirlər səsləndi. Bu özlərinin də elan etdikləri kimi xəlifətdir. Populyarlığı nədədir bəs? Yoldaşlar, gəlin hər şeyi öz adıyla çağıraq. Gənclər ora pula görə deyil, ideyaya görə gedir. İŞİD-in üzərinə 10 ölkə gəlir. Niyə? Zamanında Qara dəniz Türkiyənin tam ortasında idi, Kuban, Bessarabiya, Krım əlindən alındı. Kim aldı? Rusiya. Fransa Əlcəzairi, Tunisi, Mərakeşi işğal etdi. Hindistan İngiltərənin müstəmləkəsidir. Orada da monqolların hökmran olduğunu tarixdən bilirsiniz. İndi də tərsinə mübarizə gedir.

Türkiyə Krım alınanda Rusiyanın yanında duran dövlət idi. Türk axını layihəsini dəstəkləyən bir dövlətdir. O zaman Avropaya qarşı yanımızda duran Türkiyə NATO üzvü olmaqla yanaşı həm də müsəlman ölkəsidir. İŞİD-ə qarşı mübarizədə Qərbin yanında olanda Ankarada müsəlman müsəlmanı qirdı. Türkiyə Rusiyanın yanında olanda Şərqi qarşısına alır. Baxmayaraq ki, Qərb sanksiyalar tətbiq edəndə ona qarşı da bizim yanımızda yer almışdı. Biz nə edirik?! Solovyovları, Babayanları, Satanovskiləri efirə çıxarıb yanan atəşi körükləyirik. NATO-da yeganə dayağımızı itirdik.

A. Sevastyanov bu gün yeganə doğru yolu Azərbaycanın vasitəçiliyiylə Türkiyə ilə Rusiya əlaqələrini yenidən bərpa etməkdə gördüyünü söylədi.
TERRORUN DİNİ, MİLLİ MƏNSUBİYYƏTİ YOXDUR
Jurnalist Cəfər Sadıq islamşünas alimə üz tutaraq “”terrorçu ilə müsəlman ifadəsini işlətdiyinizdə sizə sual verən zaman aramızda yaşanan anlaşılmazlığa görə üzr istəyirəm. Sizin İslama qətiyyən düşmən mövqedən yanaşmadığınızı bilirəm. Haqsızlığıma görə yox, sözünüzü kəsdiyim üçündür bu üzrüm””-deyə müzakirəyə qoşuldu.

Cəfər Sadıq bu gün Rusiyanın təhlükədə olduğunu dedi. “”KİV-də işləyənlər, onu idarə edənlər istəyirlər ki, Rusiya Türkiyə ilə üz-üzə qalsın. Efirdə hər axşam eyni simaların, eyni adamların qızışdırıcı fikirləri səslənir. O fikirlərə əks fikir söyləyəcək adamsa bu müzakirələrə dəvət olunmur””.

Tolerantlıqdan danışırıqsa son 25 ildə bütün parametrlərdə bir-birinə daha çox yaxınlaşmış iki böyük dövlətin bir arzuolunmaz insident üzündən qarşıdurmaya getməsinə yol verməmək üçün biz media nümayəndələri onları barışdıracaq platfoma yaratmalıyıq-deyə həmkarlarını buna səslədi.

AzərRosun Kostroma vilayəti üzrə rəhbəri Kamran Babayev isə bir rus vətəndaşı kimi çoxmillətli Rusiyada milli-etnik qrupları qarşı-qarşıya gətirən, “”erməni genosidinin tanınmamasını”” kriminallaşdıran qanun layihəsi ilə çıxış edən deputatlara etirazın vacibliyindən danışdı.
TERRORUN DİNİ, MİLLİ MƏNSUBİYYƏTİ YOXDUR
Müzakirədə iştirak edən digər iştirakçılar: hərbi politoloq, Plexanov adına iqtisadi universitetin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenjiyev, “”Novıye İzvestiya”” qəzetinin Şimali Qafqaz üzrə xüsusi müxbiri Said Bitsoyev, Ümumrusiya etno-jurnalistləri konqresinin rəhbəri Cəmil Sadıqbəyov da söylənən fikirlərlə razı olduqlarını, yaranmış vəziyyətdən çıxmağın yolunu yeni terror ocaqlarının çatılmaması üçün vətəndaş cəmiyyətinin və jurnalistlərin fəaliyyətinin gücləndirilməsində gördüklərini bildirdilər.

Dəyirmi masanın sonunda tədbir iştirakçıları qətnamə qəbul etdilər.

Tünzalə Vəliqızı, Moskva
04.12.2015
/Yenises.ru/


Bir cavab yazın