Neft ehtiyatlarına görə Venesuela dünyada liderdir
Benesuela Səudiyyə Ərəbistanını keçərək neft ehtiyatlarına görə dünyada lider oldu. Bu haqda BP neft-qaz şirkəti tərəfindən hazırlanmış illik “Dünya energetikasının statistik icmalı ”nda deyilir.
BP-nin məlumatında 2011-ci ilin sounda Venesuelada neft ehtiyatının 296,5 milyard barrel və ya ümumdünya ehtiyatının 18 faizini təşkil etdiyi təsdiq edilmişdir. Səudiyyə Ərəbistanının ötən ilin sonuna olan göstəricisi isə 265,4 milyard barrelin üzrərində dayanır. Bu da ümumdünya neft ehtiyatının 16 faizi deməkdir.
Keçən həftənin əvvəli Venesuela prezidenti Uqo Çaves oktyabrda yenidən prezident seçiliərsə, ölkədə neft istehsalını iki dəfə artıracağını vəd edib. Çavesin hesabına görə 2019-cu ilə o sutkada 6 milyon barrelə qədər arta bilər. Bununla bərabər Venesuela lideri bir barrel neft üçün 100 dolların uyğun qiymət olduğunu demişdi.
Heft ehtiyatına görə dünyada üşüncü yerdə 175,2 milyard barrel (dünya neft ehtiyatının 11 faizi) həcçi ilə Kanada durur.
BP-nin hesabatına görə Rusiya 88,2 milyard barrel (dünya neft ehtiyatının 5,3 faizi ) güöstərici ilə yenə də dünyanın iiri neft istehsalçıları sirasındadır.
/Yenises.ru/