Moskvaətrafı rayonun sakini iki uşağını 15-ci mərtəbədən atıb
Moskvaərtafı rayonun sakini iki azyaşlı uşağını evin 15-ci mərtəbəsindən atıb, hər iki uşaq ölüb. Bu haqda RİA Novosti regionun hüquq-muhafizə orqanlarından aldığı xəbərə əsasən məlumat verib.
“Hadisə Mıtişinsk rayonun Dolqoprudnı şəhərində baş verib. Qadın məlum olmayan səbəblər üzündən yaşadığı çoxmərtəbəli evin 15-ci mərtəbəsindən 4 və 7 yaşlı oğlunu atıb. Uşaqlar aldığı xəsarətdən ölüblər”-deyə agentliyin əməkdaşı bildirib.
Onu da əlavə edib ki, hadisə yerində müstəntiqlər işləyir. Olay Patsayev prspektindəki 7 nömrəli evdə baş verib.
“Verilən məlumata görə qadının normal ailəsi olub ”-deyə qeyd edilir.
/Yenises.ru/