Moskvada türk iş adamı ölü tapıldı


Moskvada  türk iş adamı  ölü tapıldı
Bazar ertəsi səhər Moskvanın məhşur restoranlarından birinin sahibinin meyidi tapılıb. Bıçaq yarasından ölən şəxsin meyidi paytaxtın Raboçaya küçəsindəki özünə məxsus iş yerində aşkar edilib. Bu haqda RİA Novosti məlumat verib.

Hadisənin hansı motivdən baş veridiyini aydınlaşdırmaq üçün operativ-istintaq qrupu araşdırma aparır.

Hüquq muhafizə orqanlarından verilən məlumata görə öldürülən şəxs Türkiyə vətəndaşı və “Baxçasaray” pestoranının sahibidir.

Yenises.ru


Bir cavab yazın