Britaniya prokurorluğu Skripalları zəhərləyənlərin adlarını açıqladı


Britaniya prokurorluğu Skripalları zəhərləyənlərin adlarını  açıqladı
Rusiya Dövlət kəşfiyyat idarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanı zəhərləyərək həyatlarına qəsd edtmək istəyənlərin adı açıqlanıb. Bunlar Alkesandr Petrov və Ruslan Boşirovdur.SkyNews-ə bu məlumatı Britaniya prokurorluğuna istinadən yayıb.

Böyük Britaniya hüquq mühafizə orqanlarından verilən məlumata görə günahlandırılanlar Krallığa martın 2-də “Aeroflot”” reysi ilə gəlib və City Stay otelinə yerləşiblər. Ertəsi gün onlar qatarla Solsberiyə gəliblər. Martın 4-də -Skripallar zəhərlənən gün ikili yenidən Solsberiyə yollanıb və oradan da Xitrou aeroportuna gediblər.

Bu məlumat yerli istintaq orqanlarına may ayından məlum idi. Onlar rusiyalıların yaşadığı otelin nömrəsini axtarıb və “”Noviçok”” maddəsinin izlərinə rast gəliblər. Versiyaların birinə görə cinayətkarlar zəhəri Nino Ricci ətirinin flakonunda gəiriblər. Parfümeriya şirkətinin nümayəndəsi ona göstərilən ətir flakonunun kustar üsulu ilə hazırlandığını deyib. Mash belə yazıb.

Adıçəkilən rusiyalılara qarşı bir neçə maddə ilə cinayət işi qaldırılıb. Onlar Skripalları və Britaniya polisi Nik Beyli öldürməyə cəhddə günahlandırılırlar.

London şübhəlilərin ekstradasiyası üçün Rusiyaya müraciət etmək niyyətində deyil. RF qanunlarına görə Rusiya öz vətəndaşlarını vermir. Lakin onların tutlması ilə bağlı Britaniya polisi Avropa orderi alıb. Əgər şübhəlilər üçüncü bir ölkəyə keçərlərlsə, saxlanacaq və Londona təhvil veriləcəklər. Böyük Britaniya bu ittihamın bitmə müddəti olmadğını da qeyd edib.

Yenises.ru


Bir cavab yazın