İran Amerika sanksiyasına qarşı neft hasilatını artıracaq
İran parlamenti təhlüksizlik və xarici siyasət məsələləri üzrə komissiyasının başçısı Heşmatolla Falahapitşeh bəyan edib ki, ABŞ-ın sanksiyaları ilə hesablaşmayacaq və neft hasilatını artıracaqlar.
Falahapitşeh əmindir ki, İran gün ərzində bir milyon barrel neft çıxarmaq gücündədir.
İranlı diplomat onu da əlavə edib ki, neftin ixracı Vaçinqtonun qərarından deyil, müxtəlif ökələrlə ikitərəfli münasibətlərdən asılıdır.
Yenises.ru