Qazaxıstanlı dəfnindən iki ay sonra evinə qayıtdı


Qazaxıstanlı dəfnindən iki ay sonra evinə qayıtdı

Qazaxıstanın Tomarlı kəndinin sakini Ayqalı Supuqaliyev iyun ayının sonunda evdən çıxıb və bir daha geri dönməyib. Qohumları polisə ərizə yazıb onun itdiyini xəbər veriblər. Tezliklə polsidən cavab gəlib və qohumları meyidi tanıma q üçün morqa çağırıblar. Bu haqda yerli “Ak-Jayık”” qəzeti yazıb.

İstidən meyid tanınmaz hala düşdüyündən qohumlar onun Ayqaliyə aid olduğunu müəyyən edə bilməyiblər. DNH testi isə ölənin 99,92 faiz Ayqali Supuqaliyev oluğunu göstərib.

“”Biz meyidi evə gətirdik və senytabrın 4–də Ulduz mikrorayonundakı müsəlman qəbristanlığında dəfn etdik. Bütün ayinləri yerinə yetirdik və ölüm şəhadətnaməsi aldıq””-deyə itənin kiçik qardaşı Yesenqali söyləyib. Qohumlar qəbrüstü lövhə hazırladıb və və kişi axtarışda olduğu müddətdə verilən təqaüd pulunuda dövlətə geri qaytarıblar.

Lakin ötən həftə Ayqalı evinə qayıdıb. O nəql edib ki, bazarda bir kişi ilə tanış olub və o, onu Atırauyski vilayətinin yaxn rayonlarından birində müvəqqəti kənd təssərüfatı işində işləməyə razı salıb. Dörd aydan sonra Ayqalı evə dönməyi qərara alıb.

Supuqaliyevin ailəsi ölənin dirnağından nümunə götürən tibbi -etspertiza institutunu və ölüm kağızı verən eksperti məhkəməyə verməyə hazırlaşır. Ayqalinin yerinə kimi dəfn edildiyi haqqında isə məlumat yoxdur.

Yenises.ru


Bir cavab yazın