ZƏFƏRmi, FACİƏmi?


ZƏFƏRmi,  FACİƏmi?
“Axı, müharibəni biz udmuşduq…”

9 May Qələbə günüylə bitən Böyük Vətən müharibəsi haqqında düşünərkən həmişə Dmitri Volkoqanovun bu müharibənin qalib baş aktyorlarından olan Stalinin portretini az qala bütün cizgiəriylə ustalıqla yaratdığı “Zəfər və faciə” əsəri yadıma düşür. Düşünürəm ki bu necə qələbədir ki ən miskin həyat bu savaşda canını,qanını qoyanlara ən dəhşətli məhrumiyyətlər gətirdi. Yaşadığım Ukraynada bu xalq babalarından dinlədikləri Stalin tərəfindən onlara qarşı həyata keçirilən qolodomarın, aclığın dəhşətindən göz yaşları içində söhbət açırlar.

Əslində bu tarix Azərbaycan üçün də faciələr gətirən bir zəfər olub. Eləcə də Krım türklərinin başına gətirilənləri anlatmaqda qələm acizdir. Onların müsibətlərini anladan tarix səhifələrindən qan damır. Qapalı vaqonlarda kütləvi şəkildə ölümə tərk edilmiş atılmış insanları aparan dəmir yolları -ən acı insanlıq dramına şahidlik edib. Müharibədə əsir düşüb sonra Vətənə geri dönərkən onlara vurulan “Vətən xaini” damğası, kütləvi güləllənmə, soyuq Sibirə sürgünlər bu qələbənin arxasında gizlənən faciələrin tarixi “Den Pobeda” mahnısıyla ört -basdır edilsə belə yaşananlar unudulmayıb, unudulmur.

Kimsə faşizim böyük bir bəla olduğunu inkar etmir və ondan qurtulmaq mütərəqqi bir əməl idi. Lakin totalitar-diktator zehniyyətlə öz ölkə vətəndaşlarına qan uddurmaqda bolşevizmlə faşizm sanki biri- birilərinin tamanlayırdılar.

Bu müharibədən danışarkən M.Ə.Rəsulzadəni yada salmaq yerinə düşəndir. Alman faşistlərinə əsir düşmüş minlərlə azərbaycanlı soydaşımızı almanlar yəhudi adı altında güllələyibilər. Bunun qarşısını Rəsulzadə və Qazax Türkü və Əmin Bəyin yaxın dostu Mustafa Çokayev aldıqları haqqında müharibənin şahidləri danışırdılar. Onlar əsir düşərgələrinə gəlib Alman hökumətinə etiraz edərək bu qətllərə bi nöz soyublar.

Maraqlıdır ki, Rəsulzadə müftiylə birlikdə bir əsir düşərgəsində olarkən müfti müsəlman olduqlarından əmin olmaq üçün bir neçə azərbaycanlıdan kəlimeyi-şəhadətini söyləməsini istəyir. Çoxları kəlimeyi-şəhadətini belə bilmirmişlər. Alman höküməti mənsubları “bunlar necə müsəlmandır ki kəlimeyi şəhadət belə bilmirlər”- sualını verəndə, Rəsulzadə Stalin, bolşevizm bu insanların dilini, dinini belə əlindən aldıqları sonra haradan bunu biləcəklər cavabını verərək soydaçlarımızı ölümün pəncəsindən xilas etmişdir. Hətta o əsir düşərgələrində olan qəribə dialoqlar Rəsulzadənin “ Çağdaş Azərbaycan tarixi” kitabında olduğu kimi əks etdirilmişdir.

Rəsulzadənin təzə-təzə tanındığı vaxtlar idi, televiziyada haqqında söhbətlər gedirdi, qəzetlərdə şəkilləri dərc olunurdu. Yaşca məndən böyük bir dostum var, müharibə zamanı atası almanlara əsir düşübmüş. Sonralar xilas olub Vətənə dönmüşdü. Dostum danışardı ki, atam həmişə Stalini söyərdi, bu da bizim acığımıza gələrdi. Bir gün televiziyada Rəsulzadə haqqında veriliş gedirmiş, dostumun atası da bu verilişə baxırmış və birdən Rəsulzadənin şəkilini görür və çox böyük həyəcanla-“Bu ki, Emin Bəydir, əsir düşərgəsinə gəlmişdi Novruz Bayramında. Bizi də ziyarət etmişdi və almanlar tərəfindən güllələnməkdən xilas etmişdiyib.

Bu xatirə uzun müddət yaddaşımda möhkəm yer salmışdır və bu haqda ilk dəfə olaraq bu gün yazıram. Allah Dostumun atasına rəhmət eləsin, nur içində yatsın. Onun bu xatirəsi çox mətləblərə işıq salan bir gerçəkdir eyni zamanda.

Bir əsrdə iki dünya savaşında yenilən Almaniya və eyni əsrdə də birləşib vahid olan Almaniya. Qələbə çalan Sovet quruluşu və almanların həyatına həsəd aparan, keçmiş postsovet ölkələri. Sovetin və indiki Rusiyanın istehsal etdiyi avtonəqliyyat vasitələrini “Mersedes Bens”, “BMV” minik avtomobilləri ilə müqayisə edin. Müqayisə olunmazdır, deyilmi?!

Bu ritorik sualın cavabını isə məşhur müğənni Vladimir Vısotskinin Almaniyaya ilk səfərindən sonra almanların yüksək yaşamı tərzini görüb öz ölkəsinin dilənçi gününə ağlayaraq aeroportda həyat yoldaşına dediyi :” Marina , müharibəni axı biz udmuşduq, almanlar yox…” sözlərində axtarın, məncə.

MƏHƏMMƏD İSRAFİLOĞLU
Yenises.ru


Bir cavab yazın