ƏN BAHALI FUTBOLÇULAR


ƏN BAHALI FUTBOLÇULAR
Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CİES) hazırda dünyanın ən bahalı futbolçularının reytinqini dərc edib.

CİES-in məlumatına görə “dəyəri” 246,8 milyon avro olan Neymar (o, “Barselona” klubunun hücumçusudur) siyahının başında gəlir. Onun komanda həmkarı Lionel Messi 170,5 avro dəyərlə ikinci yeri tutur. “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba 155,3 milyona başa gəlir. Onun “Yuventus” klubundan 105 avroluq transferi bu gün rekord qiymət sayılır.

2016-cı ildə “Qızıl top”a və FİFA-nın versiyası ilə dünyanın ən yaxşı futbolçusu adina layiq görülmüş “Real” klubunun hücumçusu Kriştianu Ronaldu siyahının yeddinci sətrində 126,5 milyon avro ilə bərqərar olub.

“Arsenal”ın təmsilçisi Ektor Bellerin (70,3 milyon avro) ən bahalı müdafiəçi, Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblak (59,8 milyon avro) ən bahalı qapıçı hesab edilib.

Mərkəzin hesabatında qeyd olunur ki, dünyanın ən bahalı yüz futbolçusunun 42 nəfəri İngiltərə Premyer liqasının idmançılarıdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir