Ərəb ölkələri Qətəri tərk etdilər- diplomatik əlaqəni kəsənlər 7 oldular


Ərəb ölkələri Qətəri tərk etdilər- diplomatik əlaqəni kəsənlər 7 oldular

Ərəb ölkələri İrana görə Qətəri cəzalandırdılar.

Maldiv Respubilkası və daha altı ərəb ölkəsi – Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Yəmən, Liviya Qətərlə diplomatik əlaqlərini kəsdiklərini bəyan ediblər.

Belə ki, Bəhreyn krallığı Qətəri “Bəhreyn Krallığında təhlükəsizliyi və sabitliyi gərginləşdirməkdə, onun işlərinə qarışmaqda, terrorçuların fəaliyyətinə dəstək verməkdə”” günahlandırıb. Bundan bir az sonra Səudiyyə Ərəbistanı , Misir, Birləşmiş Ərəb Əmirlikləri və Livan da Qətəri terrorçulara yardım etməkdə günahlandıraraq diplomatik əlaqələrini dayandırıblar.

Qətər Xarici işlər nazirliyi öz növbəsində yuxarıda deyilən ittihamları rədd edib və ərəb ölkələrinin bu addımından təssüfləndiyini bildirib.

Qətərlə diplomatik əlaqəni kəsən ilk ölkə Bəhreyn diplomatlarına geri dönmək üçün 48 saat vaxt verib. Həmçinin Qətərdə olan vətəndaşlarına 14 gün içərisində oranı tərk etmələrini söyləyiblər. Qətəri dilpmatları isə artıq sabahdan Bəhreyni tərk etməlidirlər.

Qətər və ərəb ölkələri arasında münaqişə İran körfəzi ölkələri və ABŞ-ın iştirakı ilə Ər- Riyadda keçirilən sammitdən bir həftə sonra baş verib. Həmin vaxt Qətər agentliyi ölkə əmirinin adından onun İranı dəstəkləyən nitqini yayımlayıb və münasişə də buradan başlayıb. Qətər XİN-i əminliklə qeyd edir ki, agentliyin saytı dağıdılıb və bu bəyanat hakerlər tərəfindən yerləşdirilib.

Maldiv adalarının da Qətərlə diplomatik əlaqəni kəsən ölkələrlə həmrəylik nümayiş etdirərək eyni qərara gəldiyi haqda ərəb telekanalı “”Al-Arabiya”” xəbər verib.

Pakistan və İran ərəb ölkələrinin bu addımının regionda sabitliyin pozulmasına səbəb olacağını bildirirlər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir