BÖYÜK TARİXİ KEÇMİŞİMİZ


BÖYÜK  TARİXİ  KEÇMİŞİMİZ
Böyük tarixi keçmişimizdə – Azərbaycan tarixində 1918-1920-ci illərdə baş verən hadi-sələr, rus imperiyasının hökmranlıq etdiyi uzun dövr ərzində millətimizin yaddaşından silin¬məyə məhkum edilmişdir. O dövrün görkəmli siyasi xadimlərinin bir hissəsi 1920-ci ilin aprelin 28-dən sonra məhv edilmiş, qalanları xaricə mühacirət etməyə məcbur olmuşdur.

Azərbaycan Cümhuriyyətinin tarixi ona görə təhrif edilirdi ki, o, Azər¬aycan xalqının öz müqəddəratını özülünü təyin etməyə qadir olduğunu və dünyanın bir sıra böyük dövlətlərinin bunu təsdiq etməsini göstərirdi. Eyni zamanda, türk dünyası və şərq aləmində ilk demokratik cümhuriyyət idi.

Bu dövrdə dövlət quruculuğu işi hüquqi əsaslarda aparılmış, hüquqi dövlətin əsas təsisatları formalaşmışdı. Siyasi, iqtisadi və ictimai fəaliyyət yığıncaq, vicdan, siyasi təşkilatlar və s. azadlıqlar qanunla təsbit olunmuşdu.
Zaqafqazyanın şərqi və cənubu Azərbaycan torpaqları elan edilmiş, bu torpaqların bütövlüyü uğrunda dönmədən mübarizə aparılmışdı.

Azərbaycan cəmiyyətinin bütün sahələrinin milliləşdirilməsinə başlanmış, milli mədəniyyətin inkişafı dövlətin əsas vəzifələrindən biri elan edilmişdi.

O, dövrdə görülən işlərin siyahısını çox uzatmaq olar. Belə ki, Stalinin “bu ilyarımlıq hakimiyyətiniz ərzində xalqa nə verdiniz?” sualına M.Ə.Rəsulzadənin cavabı xalqımız tərəfindən birmənalı qarşılandı:
“Çox şey verə bilmədik. Amma, milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq… Bir kərə yüksələn bayraq bir daha enməz!”

Azərbaycan Milli Şurasının 1918-ci ilin 28 mayında istiqlal elanı ilə bağlı qərarını mayın 30-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski teleqrafla bütün dünya dövlətlərinə bəyan etmişdi: ”İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Polşa, Moskva, Stokholm, Kiyev, Kopenhagen – xarici işlər naziri həzrətlərinə: “Cənubi Qafqaz Cümhuriyyəti Federasiyasının ləğvi və Gücüstanın federasiyadan çıxması üzrə Azərbaycan Milli Şurası, Şərqi və Cənubi Qafqazdan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Cümhuriyyətini yaratmışdır. Bu xüsusda zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Hökumətimizin müvəqqəti mərkəzi Gəncə şəhəridir. İmza. Azərbaycan Cüm¬huriyyətinin Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski”.

Beləliklə, Azərbaycanın şimal hissəsində ilk demokratik cümhuriyyətin bərqərar olunduğu və Azərbaycan türklərinin də öz müqəddəratını özlərinin təyin etmək hüquqları bütün dünyaya bildirildi.
Azərbaycanda millətin milli varlığının təhlükəyə düşdüyü və milli qüvvələrin çıxış yolu axtardıqları bir dövrdə, onun təkcə Türkiyəyə rəğbət bəsləməsi məqsədəuyğun idi. Erməni təcavüzü və ölkəni bürüyən anarxiyanı ləğv etməkdə, milli qüvvələr Türkiyə nümayəndələrinə müraciət etməyə məcbur oldular.

1918-ci ilin sentyabr ayının 14-dən 15-nə keçən gecə Türk qoşunları sürətli hücumla Bakıya girdilər. Bakı uğrunda qanlı savaş getdi. Başda Nuru Paşa olmaqla Türk əsgərləri böyük qəhrəmanlıqlar göstərdilər. Bakı düşmənlərdən azad edildi.

Sentyabrın 15-i günü Qafqaz Müsəlman ordusunun komandanı general-leytenant Nuru Paşa Gəncəyə Baş nazir F.Xoyskiyə belə məzmunda teleqram göndərdi: ”Allahın köməyi ilə Bakı şəhəri 15(9) -də saat 9-un başlanğıcında bizim qoşunlar tərəfindən alındı. Qafqaz Müsəlman Ordusunun komandanı general-leytenant Nuri”.

Bu xoş xəbər bütün insanları o sıradan baş nazir F.Xoyskini hədsiz sevindirmişdi. O, Nuru Paşaya göndərdiyi cavab teleqramında Azərbaycan xalqının və hökumətinin adından minnətdarlığını belə bildirmişdi: ”Qafqaz Müsəlman ordusunun komandanı Nuru Paşaya! Xoşbəxtəm ki, xalqın adından siz əlahəzrətlərinə, xeyirxah Türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən cəsur əsgərlərə təşəkkürümüzü çatdırıram. Nazirlər Şurasının sədri Fətəli Xan”.

F.Xoyski Azərbaycan Cümhuriyyətinin Gəncədəki fəaliyyətində, istiqlalımız üçün çox ağır məqamlar yarandığı dövrdə “İlhaqçı”ların müəyyən təsirində olsa da, hər vasitədə Nuru Paşa ilə anlaşmağa üstünlük verirdi. Bunun nəticəsi idi ki, Milli Şura buraxılmaq məcburiyyətində qalanda və M.Ə.Rəsulzadə Azərbaycan istiqlalının qorunması üçün bu addımı atanda o, Nuru Paşanın istəyi ilə ikinci hökumət kabinəsini formalaşdırmağa razılıq verdi. Onun başçılıq etdiyi ikinci hökumət kabinəsi dövründə Azərbaycan üçün çox önəmli qərarlar qəbul edildi.

Bakının azad edilməsindən sonra 1918-ci ilin oktyabrın 30-da imzalanan Mudros müqaviləsi Azərbaycanın qarşısında ağır sədlər qoydu. Həmin müqaviləyə əsasən Bakı, Batum və digər yerlər müttəfiqlərin nəzarəti altına keçirdi.

Türk qoşunlarının Bakını tərk etməsindən sonra, şəhərə gələn ingilis qoşunları rəhbərliyi ilə xüsusən də, general Tomsonla çox çətin danışıqlar başladı. Tomson Azərbaycan istiqlalını tanımaqdan danışmaq belə istəmirdi və deyirdi: ”Bizim bildiyimiz Azərbaycan xalqının doğma bir Cümhuriyyəti yoxdur, yalnız Türk komandanlığının intriqası ilə təşəkkül etmiş, bir hökumət var”.

Lakin, başda F.Xoyski olmaqla, digər siyasi xadimlərimiz də Tomsonu Azərbaycanın müstəqil bir dövlət olaraq fəaliyyətini sübuta yetirdilər. Bunun nəticəsidir ki, Tomson 1918-ci ilin dekabrın 29-da bəyanat verdi: “Xoyskinin rəhbərliyi altında koalisyon (müttəfiq) Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb elan edirəm ki, ittifaq komandanlığı bu hökuməti Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə edəcək”.

1920-ci ilin yanvarın 2-də Rusiyanın Xarici İşlər naziri Çiçerin Azərbaycan hökumətinə təzyiq formasında bəyanat göndərəndə, F.Xoyski ölkənin Xarici İşlər Naziri kimi bəyanata mənfi cavab vermişdi. O, Sovet Rusyasının Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlərinə qarışması faktı ilə qətiyyən razılaşmırdı.
1920-ci ilin aprelin 27-də XI ordu hissələri Azərbaycan ərazisini işğal edib Bakı şəhərinə daxil oldu. F.Xoyski, M.Ağayev və başqa dostları ilə birgə Gürcüstana gedib Tiflisdə məskunlaşdılar. Bu da həqiqətdir ki, həmin dövrdə imperiya və onun dəyirmanına su tökən ermənilər xalqımızın içərisindən düşünən beyinləri qurbanlar seçirdilər.
Millətin azadlığı yolunda otuz minə yaxın günahsız insanlar ölüm tonqalına, dar ağacına, qan dəryasına batırıldı. Tarixi faktlara əsasən, 1920-ci ilin iyunun 19-da görkəmli dövlət xadimi F.Xoyskini Tiflisdə iki muzdlu erməni qatili arxadan güllə atıb qətlə yetirdi. F.Xoyski Tiflisdə böyük dramaturq M.F.Axundovun qəbri yanında dəfn edildi.

Varlığını tükçülük, islamçılıq, müasirlik məfkurəsinə həsr edən ziyalılarımız mənəvi mübarizə yolunun dönməzliyində daima israrlı oldular. Belə ki, Əli bəy Hüseynzadənin “Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar” nidası millətimizin yaddaşına əbədi həkk olundu.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir