Cansel Elçinin “Melekleri taşıyan adam”ı Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO


Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.

Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.

Tanınmış türk aktyoru Cansel Elçin eyniadlı ssenarisi əsasında özünün rejissor kürsüsünə oturub həyat verdiyi, “ən yaxşı xarici film” mükafatı almış “Mələkləri daşıyan adam”ı bu dəfə Moskva tamaşaçıları ilə tanışdı.

Baş rolları Serkan Batcı, Ali Erkazan ve Kadir Özdalın paylaşdığı film erkən yaşda evləndirilən bir gəncin dramından bəhs edir.
Filmin nümayişindən qabaq seyrçilər qarşısına çıxan Cansel Elçin ilk əvvəl toplaşanları salamladı və bu gün filmi ilə Moskvada bu səhnədə olmaqdan qürur duyduğunu ifadə etdi.

“Moskva tamaşaçılarının görüşünə gələn “Melekleri taşıyan adam”ın yaşadığı problem hər bir toplum içində yaşanan problemdir”. Məhz bunu vurğulayan müəllif – “Mən buna inanıram ki, dünyadakı insanları nə qədər fərqli dinimiz, dilimiz, mədəniyyətimiz olsa da, biz insanları iki şey-idman və sənət birləşdirir”- dedi. “Biz bura futbol oynamaga gəldik”.

“Ayrıca Rusiyanı, onun mədəniyyətini xüsusi olaraq sevirəm, mənim heyran olduğum sənətçilərin kinoları Rusiyanın Tarkovski, Sokurov və bu kimi korifeylərindən təsirləniblər. Bu gün burada olmağın çox böyük sevincini və qürurunu yaşayıram”-dedi.

Kino, ssenari haqqında danışarkən Cansel Elçin – bir şey göstərmək istərkən onun üzdə olan tərəfini deyil, arxasında nələr baş verdiyini insanlara çatdırmaq istədiyini vurğuladı. Mən belə bir kinonu sevirəm. “Melekleri taşıyan adam”- Türkiyə kəndlərinin birində çobanlıq edən Hasan adlı bir gəncin dramından bəhs edən filmdə də məqsədim bu idi. Rejissor hər kəsə yaxşı seyrlər diləyiylə tamaşaçılarıyla birgə filmini izlədi.

Alqışlarla qarşılanan filmin nümayişindən sonra Cansel Elçin rusiyalı seyrçiləri ilə bir araya gəlib onların film haqqında təəssüratlarını dinlədi.

Tünzalə Vəliqızı
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir