CNN Türkiyənin bir bölgəsini Kürdüstan kimi göstərməsində “xəta yox”” dedi”


CNN Türkiyənin bir bölgəsini  Kürdüstan  kimi göstərməsində "xəta yox" dedi
Yenises.ru.Moskva. CNN Türkiyənin bir bölgəsini Kürdüstan kimi göstərdi. Buna etiraz edıən Türk cəmiyyətinə isə- “bunda səhv yoxdur””- cavabını verdi.

Amerikanın beynəlxalq xəbər kanalı CNN International ABŞ-dakı Türkyə-Amerika cəmiyyəti təmsilçilərinin Türkiyənin bir bölgəsini Kürdüstan olarak göstərən xəritə ilə bağlı şikayət məktubuna ”səhv etmədik” şəklində cavab verdi.

“”CNN International””ın Xəritələrlə əlaqəli məsələlər üzrə rəhbərinin müavini Allison Gollust Türkiyə-Amerika cəmiyyətinin adıçəkilən xəritə məsələsi ilə bağlı şikayət məktubuna cavab göndərib.

Gollust Xarici işlər nazirliyinin məsləhət şürasının üzvü Ali Çinara göndərdiyi cavab məktubunda Şərq və Cənub Anadolu bölgələrinin Kürdüstan olaraq göstərməsində heç bir yanlışlıq olmadığını, xəritədə həmin ərazilərdə yaşayanları qəsd etdiklərini yazıb.Verilən xəbərin İŞİD-lə əlaqəli oldugunu qeyd edən Gollust, xəritədə göstərilən bölgələrdə kürdlərin yaşadığını göstərmək istədiklərini ifadə edib.

ABŞ-kı türk cəmiyyətinin nümayəndəsi Ali Çinar isə Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamada CNN-in ən yuxarı təmsilçilərindən “”bir üzr cavabı”” gözlədikləri halda, tam əksinə olaraq belə bir cavab gəlməsindən heyrətləndiyini bildirib.

Çinar, ”CNN üzr istəyənə qədər mübarizəmizi davam etdirəcəyik””-deyib. CNN-in xəritə olayı ilə baglı başqa bir niyyəti oldugunu söylənən Ali Çinar bunları əlavə edib:

“”‘CNN səhvini əbullanmayıb, onda israr etməklə, yayım prinsiplərini pozdu. Amerikanın Texas və Florida ştatlarında əhalinin 90 faizindən çoxu latin əsilli olması gerçəyi var. Amerikanın bu çölgələrinə Meksika deyə bilərikmi? Ən çoxu, oraya kürt əsilililərin kompakt olaraq yaşadığı bölgə deyilə bilərdi””.

Bu gerçəyi yazdığı mətkubda da dilə gətirdiyini söyləyən Çinar “”Türkiyə içində kürdlərin çox yaşadığı yerə Kürdüstan kimi ad verilə bilməz və buna görə CNN-nin informasiyasında qərəz axtarmaqda haqlıyıq””-deyib.

Çınar, CNN-ə yazdığı cavab məktubunda ayrıca XXI əsrdə bölgəni kürd əsillilər deyə ayırmanı “”düşmənçilik toxumu səpən təhlükəli bir oyun”” kimi qiymətləndirib və bu bölgələrdə yaşayanların hamısının heç də kürd əsillilərdənn ibarət olmadığını xüsusi vurğulayıb.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir