Saleh Xudiyev: Azərbaycan efirində müsbət yöndə yenilik görmürəm.


İlkinliyə imza atıb yarıda buraxmaq. Onun fəaliyyətini həndəsi bir xətlə cızmaq istəsək hiperbola əyrisi kimi qəribə bir şey alınar. Başlanan xətt yüksəkliyə doğru hesablansa da zaman-zaman enmə və qalxmalar muşahidə edilir və hədəfə yaxınlaşdıqda qəfildən böşluğa düşmüş kimi bir anlıq itir…
Bəlkə efir tezliyindəki dalğaya bənzər sənət yolu elə bundan qaynaqlanır. İşıqlar sönür, kölgələr itir və siqnal səsi. Sonra növbəti günə səsləyən sükunət.

Moskvada ilk etnik televiziya olan “İnteraz” –ın rəhbəri Saleh Xudiyevlə söhbətimizə elə bu məqamdan başladıq.
-Fəaliyyətinizə nəzər salanda, hər zaman bir ilkə imza atıb, sonra yarıda qoyduğunuz muşahidə edilir.Birdən uzaqlaşırsınız, niyə?

Mənim yaradıcılığında ilk iştirak etdiyim şirkət ANS –dir. Vahid Naxış, Seyfulla Mustafayev, Həmid Herisçı –hansı ki, o zaman bu uşaqlar ayrı-ayrı yerlərdə işləyirdilər, onlarla bir araya gəlıb ANS-in teleşirkət kimi formalaşmasında birbaşa xidmətim olub.
Sonra “Mir” dövlətlərarası teleşirkəti yarandı ki, mən ora dəvət aldım və getdim.
Ikinci layihəm İnter Azərbaycan-Turkiyə birgə muəssisəsi oldu. Amma o, ölü bir layihə kimi qaldı, baxmayaraq ki, hər bir sənədləşməsi hazır idi. Sonra Rəsul Raufla “Sara” teleşirkətini yaratdıq. Mənim oradan getməyimə səbəb ictimai-siyasi proeseslərə fərqli baxişlarımizin olması, anlaşa bilməməyimizdi. O yanlış yolla gedirdi. Efiri siyasiləşdirmək kimi təhlükəli yola girmişdi və mən də təbii, bununla razılaşa bilməzdim.

-Bəlkə o, daha demokratik yanaşırdı?

-Xeyr, o zaman üçün bayaq dediyim kimi, efirdən istifadə edib insanları təhlükəli yola çəkirdi.
Qayıdım bayaqkı söhbətimin davamına. “İnteraz”-la Moskvadakı fəaliyyətim 2000-ci ildən başladı. 12 il bir yol keçib bu televiziya. Bu yolda həm fiziki, həm də maddi itkilər vermişik. Bizə qarşı təsirlər,təzyiqlər olub, Vuqar Şükürov kimi jurnalistimizin qəzaya düşməsi, yerləşdiyimiz ofisdən çıxarılmamız- bunlar hamısı bir təsadüfə bağlı deyildi. Bu gün də geriyə baxıb o əziyyətləri xatırlamaq mənim üçün ağırdır. Bəlkə ona görə televiziyanın nəzarət paketinin bir hissəsini satdım. Amma “İnterAz”-ın prezidenti kimi buranı buraxıb getməmişəm. İndi istərsəniz sualınızdakı kimi buna yarı yol deyin…

-Rəhbərlik etdiyiniz bu teleşirkətdə siyasi verilişlərin ilk canlı efirinin apacısı kimi burada demokratik abu -havanı hiss emişəm. Demokratik ruhlu , baxişlı, içində demokratiya qaynayan bir insan necə olur da, müşahidəçı kimi qalmağı özünə rəva görür?

-Səmimi deyim, yorulmuşam. Bəlkə də bu televiziyanı tamamilə satıb gedə bilərəm. Amma illərlə qurub yaratdığım şirkətdən ayrılmaq, imtina etmək çətindir.

-Sizi yaxşı bir televiziya mütəxəssisi kimi tanıyıram. Yəqin ki, Azərbaycan televiziyalarını izləyirsiniz. Bu günkü Azərbaycan efiri sizi qane edirmi?

– Onu deyim ki, Azərbaycan televiziyalarını son zamanlar az izləyirəm. Ümumilikdə götürdükdə Azərbaycan efiri məni qane etmir. Deyin niyə? Azərbaycan teleşirkətlərinin hamısının bir məqsədi var. Nə olur-olsun, öz iqtisadi gəlirlərini artırsınlar. Onların efirində gedən verilişlərin demək olar ki, əksər faizi ona hesablanır ki, hansı tipli verilişlərdən çox gəlir götürə bilərlər. Sms-li yarışlar, ucuz şoular və o verilişlərdə insanların efirdən “Mənə sms göndərin” müraciətlərini görəndə ürəyim ağrıyır. Elə verilişlər adamı yorur və pultun düyməsini basıb kanalı dəyişməyə məcbur olursan.

-Sizi qane etməyən hallar olanda telefonu əlinizə alıb , efirə zəng edib etirazınızı bildirmisinizmi?

-Təbii ki, əsəbləşib zəng etmək istəmişəm. Amma, nə yalan deyim, bunu etməmişəm. Çünki etsəm də nə dəyişəcək ki? Bayaq dediyim kimi, pul qazanmaq üçün reytinq gətirən sms-li verilişlər lazımlıdır. İlk dəfə Spase televiziyasında start götürən Muğam musabiqəsi də sms-lə idi. H.Əliyev Fondu onu öz üzərinə götürüb, buna son qoydu. Muğamımızı dünyaya tanıtdırmaq və hər il yeni-yeni ifaçıları ortaya şıxartmaq yolunda M.Əliyevanın atdığı addımı alqışlayıram. Mugam bizim milli sərvətimiz, milli irsimizdir. Onu o xanım qoruduğu üçün ona minnətdaram!

-Mentalitetimizə uyğun olmayan, məişət ampluasında olan mövzuların efirə gətirilməsinə necə baxırsınız? Bir növ məhəlli, qeybət tipli olan şouları və o sıradan olan verilişləri nəzərdə tuturam, təbii ki.

-Mən yaşlı nəslin nümayəndəsiyəm. Sovetlər İttifaqının tərbiyə etdiyi bir şəxsəm. Mənim dövrumdə belə şeylərin efirdə görulməsini təsəvvür eləmək mumkun deyildi . Ona görə də sualınıza istər-istəməz birmənalı cavab verəcəm. Bu qətiyyən məni qane eləmir ! Aldigim təhsil, gördiyum efir indi fəaliyyətdə olan efirdən tamamilə fərqlənirdi.

-Siz bunu yaş və dunyagörüşü ilə bağlayırsınız?

-Təkcə onunla yox. Mən bunu yeni gənc nəslin tərbiyəsi ilə bağlayıram. Azərbaycanda şou proqramların müəyyən mənada siz qeyd etdyiniz kimi, qeybət xarakterli verilişlərin olmasını qəbul etmirəm. İstnələn yaşda olan adam uçun bunu məsləhət görmurəm. Bunların verilməsi formalaşmaqda olan gənclərin beynini zəhərlənməkdir. Müstəqil və iqtisadi dirçəlişdə olan dövlətdə buna munasibətim mənfidir. Necə razi ola bilərik. Azərbaycan Respublikasında belə efir siyasəti yürüdülməsinə imkan verirlər. Hansısa gəlir xatirinə belə şeylərə rəvac verirlər.

-Amma tələb təklifdən doğur. Tamaşaçı elə verilişə daha çox baxır.

-Elə bədbəxtilyimiz də ondadır. Nitqi, mədəniyyəti efirə yaraşmayanlar, özlərini efirdə reklam edənləri ictimaiyyət yaxşı qarşılayır. Gənc nəsil də ekrana daha yaxın oturub o səviyyəsiz veriliş və onun aparıcısına daha çox bağlanır.

-Saleh müəllim, efirimizdə əcnəbi dildə seriallar, filmlər nümayiş olunmasına qadağa qoydular. Amma məni məsələnin digər tərəfi maraqlandırır. Bir tərəfdən dilimizin təəssübkeşi kimi çıxış edir, digər tərəfdən “pinti” danışıqlı aparıcıların dilimizi zibilləməsinə izin veririk. Özgəyə qadağan, özümüzünkünə meydan sulaya bildiyincə sula…

– Siz çox məntiqli dediniz. Dövlət boynuna duşən imkandan istifadə edir, dilimizin qorunmasına çalışır. Amma dövlətdə elə bir struktur yoxdur ki, ona nəzarət etsin.

-Bəs Mətbuat şurası?

-Mətbuat şurasının buna mudaxilə eləmək səlahiyyəti yoxdur. O bunu efirin rəhbərliyinə deyə bilr. Bu da o rəhbərlərin və ya orada işləyən məsulların vicdanına qalır. O ki qaldı, nitq mədəniyyətinə, ondan danışacaq qədər özümü mutəxəssis saymıram. Amma fikrimi deyim ki, efirdəki danışıqlarla bağlı bəzi ifadələr mənə çatmır. Məsələn; deyirlər “İlk öncə” və ya “Bir mahnı gəlsin”. Bunu “əvvəlcə”, “Bir mahnı səslənsin” kimi demək olmazmı. Necə yəni, mahnı gəlsin, mahnının ayağı var gəlsin?! Mahnı səslənər də. Mən bunu o aparıcının söz ehtiyatının olmaması ilə bağlayıram. Həm də indi efirə çıxmaq üçün müəyyən şərtlər var.

-O şərtlər nədir?

-Özünü tanitmaq istəyən bəzi müğənillər var ki, o şərtlərə əməl edirlər. Özunu reklam edən şəxslər sms yarışmaları olan verilişlərə gedirlər. Atasının -anasının son qəpiyini əlindən alıb, qapının mal- heyvanını satir, pul verir ki, efirdə qalsin. Efirdə qalmaq onun uçun bu sərfəlidir. Çünki bilir ki, efirdə tanınacaq və sonra hər yerə dəvət olunacaq və qazanacq. Bu artiq realliqdir.

-Hal-hazırda efirdəki proqramların səviyyəsini nec qiymətləndirərdiniz?

-Kafi. Onalrın içində yaxşı olanları da var. İctimai Tv və AzTv-də tariximiz, irsimizlə bağlı yaxşı verilişlər olur və onlara baxıram. Amma ümumilikdə Azərbaycan efirinin 80 faizini şou verilişlər təşkil edir. Onlar da professional səviyyədə olsa nə var ki? O proqramların baxımlı olması üçün ilk növbədə peşəkar və savadlı insanlar tapmaq lazımdır. Ildə BDU-dən nə qədər jurnalist məzun olur. Amma televiziyaya işə götürəndə heç bir musabiqə olmur. Işçilər tanışlıq və digər paramertlərlə işə götürülürlər. Mən heç şübhə etmirəm ki, çoxlu istedadlı adamlar kənarda qalır, istənilən adam ya zənglə, ya da birinin qohumudur deyə işə qəbul edilir. Mənə də elə adamlar xahiş edib ki, sözünü yerə sala bilməmişəm, amma o işçini efirə də buraxmamışam. İndilik, Azərbaycan efirində müsbət yöndə yenilik görmürəm.

-Çıxış yolu nədədir? Yenə birinci adamımı gözləməliyik o nə isə desin, sonra “təəssübkeşlər” danışsın?

-Bax, görünür bunu elə birinci adam deməlidir. Onun bir sözu ilə hər şey dəyişə bilər və o adam adını tarixə qizil hərflərlə yaza bilər.

Tünzalə Vəliqızı
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir