Dmitri Medvedevin höküməti istefaya getdi


Dmitri Medvedevin höküməti istefaya getdi
Medvedevi qalır, yoxsa gedir? Prezident Putin əvvəlki ənənəsini pozmazsa, yaxın iki saata baş nazir postuna yeni namizədin adını verəcək.

Prezident Vladimir Putinin yeni müddətdə işə başlaması ilə əlaqədar Dmitri Medvedevin başçılıq etdiyi Rusiya höküməti istafaya getdi. Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq hökümət başçısı yenilənəndə nazirlər kabineti istefa etməsi ilə bağlı müraciət yazır.

Ölkənin yeni baş nazirinin adının yaxın günlərdə bilinəcəyi gözlənilir. 6 il bundan əvvəl yeni baş nazirliyə namizədin adını prezident Putin inauqurasiya mərasimini bitəndən iki saat sonra bildirmişdi.

İstefa baş nazirlə bərabər bütövlükdə onun müavinləri və federal nazirlərə də aiddir. Keçmiş kabinetin tərkibində baş nazirin birinci müavini də daxil olmaqla doqquz müavin və 22 federal nazir var. Konstitusiyaya görə yeni kabinet formalaşana kimi onlar vəzifələrini yerinə yetirəcəklər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir