Dövlət Dumasından siqaretə qadağa


Dövlət Dumasından siqaretə qadağa
RF Dövlət duması siqaretin ictimai yerlərdə istifadəsinə qadaga qoyacaq yeni qanun layihəsi üzərində işləyir. Əhalinin sağlamlığının qorunması istiqamətində hazırlanan qanun layihəsinə görə tütün məhsullarının satışına və istifadəsinə müəyyən edilmiş qaydalar üzrə qadagalar qoyulacaq. Belə ki, siqaret satışı kicik magazalarda, köşklərdə, səyyar satışlarda qadağan ediləcək və sahəsi 50 kv.m –dən cox olan supermarketlərdə satışı həyata kecırıləcək.

Qanun layihəsi mərhələlərlə siqaretin ictimai yerlərdə istifadəsini minimuma endirməyi də təklif edir. Kafe-restoran, ictimai nəqliyyatda, tibb, idman, təhsil, mədəniyyət müəssələri daxilində, ümumi yaşayış binaları daxilində , vagzalarda və bu kimi əhalinin cox oldugu yerlərdə cəkilməsinə qadaga qoyulacaq. Qanun qüvvəyə mindikdən sonra adı cəkilən yerlərdə xüsusi siqaret cəkmə otaqları da yaradılacaq.

Xarici ölkələrin təcrübələrinə əsaslanaraq hazırlanmiş layihə qəbul olunarsa, siqaret satışını məhdudlaşdırmaqla istifadəsinin də azaldılmasi nəzərdə tutulur.

Qeyd edək ki, tütün məhsullarının istifadəsinə qarşı ümumdünya hərəkatınin təşəbbüsü ilə başladılan bu kimi aksiyalar ilk dəfə 1998-ci ildən ABŞ-ın ayrı-ayrı şəhərlərində və ştatlarda başladılıb və ugurlu nəticələr əldə edilib. Siqaretin istifadəsini məhdudlaşdıran dövlət qanunları da qüvvəyə minib. ABŞ-ın ardınca İngiltərə, Fransa, İtaliya, İrlandiya kimi ölkələr də dövlət səviyyəsində bu hərəkata qoşulub. Rusiyada da bir necə dəfə analoji təkliflər paketi və QHT-nin təşəbbüslərindən sonra sözügedən qanun layihəsi hazırlanib və yaxın günlərdə Dövlət Dumasında müzakirəyə cıxarılacaq.

Fidan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir