İslam Əməkdaşlığı Təşkilatı Mahmud Əhmədinicata qulaq asmadı


İslam Əməkdaşlığı Təşkilatı  Mahmud Əhmədinicata qulaq asmadı
Mahmud Əhmədinicatın Suriyanın maraqlarını müdafiə etmək istəyi alınmadı. İslam Əməkdaşlığı Təşkilatı sammitinə şəxsən təşrif buyuran İran prezidentinin çıxışına qulaq asmaqdan imtina edərək, Bəşər Əsəd rejimini üzvlükdən çıxarmağa hazırlaşır.

İslam Əməkdaşlığını təşkilatının təcili Məkkədə toplanmış sammitində regionda Bəşər Əsəd rejiminin yeganə tərəfdarı olan rəsmi Tehranın sərt münasibətinə baxmayaraq Suriyanın üvzlüyünü dayandırmağı qərara alıb.

İƏT sammitinin yekun qətnaməsinin mətnində Suriyanın bu təşkilatın sıralarından çıxarıldığı əksini tapdığı bildirilb. Dəməşq ölkədaxili konflikin həllində “ Suriya hökümətinin inadkarlıqla müharibə varinatı üzərində dayandığı” üçün cəzalandırılır.

Əsəddən “Annan planı” ilə hərəkət etməyi ciddi şəkildə tələb edilir: “Suriya höküməti dərhal bütün hücum aktlarını dayandırmlıdır”-deyə İƏT-nın qətnaməsinin qaralamasında yazılır. Eyni zamanda Əsədə ölkəsinin “birlik, suverenlik, müstəqillik və ərazi bütövlüyü ” zəmanəti verilir.

Müsəlman ölkələrinin çoxunun Suriyaya qarşı birtərəfli sanksiya tətbiq edilməsi lehinə çıxış edəcəkləri əvvəlcədən məlumdu. İran prezidenti Əhmədinicatın şəxsən sammitə qatılmasında məqsəd Əsəd rejiminə qarşı tətbiq olunacaq sanksiyanın önünə keçmək niyyəti vardı ki, o da alınmayıb. İƏT-na daxil olan 57 ölkədən gəlmiş nümayəndə hələ 13 avqustda Ciddədə keçirilən hazırlıq toplantısında bunu qərar verib. Sammitin birinci günü İran prezidentinin hər hansı bir dəyişikliyə nail olmaq cəhdi alınmayıb.

Əhmədinicatın xarici işlər naziri Əli Əkbər Salehi “Konflik və krizisin vasitə və mexanizmində başqa ölçülərdən” istifadə etməyi tələb edərək, bu “suriyalılar və suriyalılar” arasında həll olunmalıdır, beynəlxalq ictimaiyyətin buna qarışması ilə yox-deyə israr edib.

İƏT-nın sədri Ekmeleddin İhsanoğlu isə səs çoxluğu ilə Dəməşqin üzvülüyünün dayandırılmasının qərara alındığını elan edib.

Ehsanoglu hesab edir ki, Əsədin idarə etdiyi ölkə qaranlıq tunelə doğru gedir, hazırkı qanlı konflikt prezidentin xalqın tələbini vecinə almadığını göstərir. İƏT Suriyanı sıralarından çıxartmaqla ona təzyiq etməyi düşünür.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir