İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror


Qarakənd faciəsindən ... keçir
Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra…

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və…yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!

” …Dəli bir ağlamaq keçir könlümdən…””
Qarakənd faciəsindən ... keçir

Qarakənd faciəsi. O gecə ulduzlar axışdı, düşdü. Azərbaycan səması Qarakənddə yanan vertolyotun tüstüsüylə qaraldı. Və o gecədən sonra biz üzü hislilər-üzüqaralar o qaranlıqdan aydınlığa yol arayırıq. Tapdıqmı tapdaq olan heysiyyatımızın AĞlanacaq- AĞLAnacaq halına çözüm?!

Özümüzə nə zaman qayıdacağıq! Məchulu, çıxılmazı, dönülməzi, gedərgəlməzi… Nə çox qararənglidir bu cümlələr. Nə çox qanaboyanmışdır bu sətirlər… Nə azdır dönənlər, nə azdır geri qayıdanlar…

Sonra nə olacaq. O müəmmanı-sirri içinə dəfn etmiş gecədən sonra.

Harayımıza qoşanların harayına yetmədiyimiz – o səmada axan Ulduz olan insanlar cavab istəyir, cavab gözləyir. Bir cavabımız varmı? Mənim, sənin, onun… ?

Var bir cavab. İldən ilə sayırıq bizdən uzaqlaşan məsafəni. Bizə ulduz qədər uzaq olanlara çatmağa nə qədər yol var hələ? Daha neçə ili, ayı, fəsli döndərmək gərəkdir?

Saymaq üzümüzdəki hisi nə çıxardar, nə təmizlər…

Adlarını sadalayaq…

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir