Leyla Əliyeva: Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən, heç nəylə sındırıla bilməz!”


Leyla Əliyeva: Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən,  heç nəylə sındırıla bilməz!”
Moskvada Rusiyadakı Azərbycan səfirliyi, H.Əliyev fondunun Moskva filialı, Ümumrusiya Azərbaycanlıları Konqresi və “Xocalıya ədalət” kompaniyasının dəstəyi ilə Xocalı faciəsinin 22-ci ildönümü qeyd edildi. Anma mərasimi Moskvanın paytaxında –yüksəklidə yerləşən “Azimut Moscow Olympic Hotel”nin Volqa zalında keçirildi.

Mərasimi açan Dini işlər üzrə dövlət komitəsinin sədri Elşad İsgəndərov 22 il əvvəl Azərbaycan şəhəri olan Xocalıda minlərlə dinc sakinin ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsindən söz açdı. Xocalı şəhidlərinin runu bir dəqiqəlik sükutla yad edildi.

Elşad İsgəndərov Xocalı qətliamının dünyaya tanıtdırılmasını qarşısına məqsəd kimi qoyan 5 il əvvəl elə burada-Moskvada yaranan “Xocalıya ədalət” kompaniyasının gördüyü işlərdən, əldə etdiyi nəticələr barədə qısaca məlumat verdi.

“Xocalıya ədalət” kompaniyasının, H.Əliyev fondunun Moskva filialının rəhbəri Leyla Əliyeva “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 dinc sakin öldürülmüşdür ki, onlardan 106 –sı qadın, 83-ü uşaq, 70-i qocadır. 1000-dən artıq insan şikəst olub. Biz orada ölənləri qaytara bilməycəyik. Amma onların yaxınlarının, Azərbaycan xalqının ürəyində açılmış yaranı sağaltmaq üçün çalışırıq, çalışacıq”-sözləriylə nitqinə başladı.
Leyla Əliyeva: Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən,  heç nəylə sındırıla bilməz!”
Sonra o, təşəbbüskarı və rəhbəri olduğu “Xocalıya Ədalət” kompaniyasının bu istiqamətdə gördüyü işlər və əldə etdikləri nəticələrdən danışdı.
“Kompaniyamız tərəfindən keçən 5 il ərzində dünyanın 70 ölkəsində Xocalı ilə bağlı mxtəlif konfrans, seminar, sərgilər keçirilir. Kompaniyanın www.justiceforkhojaly.org saytı 5 dildə xəbərlər yayır. Universitetlərdə, gənclərin arasında təbliğat aparılmış, səsimizi BMT və Beynəlxalq İslam təşkilatına çatdırmışıq. Bunun nəticəsidir ki, 6 ölkə və Amerikanın 14 ştatında Xocalıda baş verənlər genosid kimi tanınıb. Ankara, Sarayev, Haaqa kimi şəhərlərdə Xocalı şəhidlərinə abidələr qoyulub”.

Sonra leyla Əliyeva: “Təbii ki, mütəmadi olaraq Xocalı faciəsindən bəhs edən kitablar, bukletlər dərc olunur, filmlər çəkilir və bu iş davam etdiriləcək. Hər il Xocalını genosod kimi tanıyan ölkələrin sayı artacaq. XXI əsrdə genosid, qan-qırğın törədənlərə yer olmamalıdır”- dedi.

O, Xocalıda baş verənlərin şahdi olmuş pilot Leonid Kravetsə qorxmadan və cəsarətlə gördüyü həqiqətləri söylədiyinə görə minnətdarlığını bildirdi.
H.Əliyev Fondunun Moskva rəhbəri “Zaman göstərdi ki, Azərbaycan xalqının ruhunu əzmək mümkün deyil. Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən, heç nəylə sındırıla bilməz!”- deyə tezliklə ellərindən, evlərindən didərgin düşən soydaşlarımızın öz yurdlaırna geri dönəcəklərinə əmin olduğunu söylədi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da belə bir ağrılı günü bütün xalq ürək agrısı ilə yad edir və mənim üçün də insanlığa qarşı törədilən bu cinayət haqqında danışmaq çətindir-dedi.
Leyla Əliyeva: Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən,  heç nəylə sındırıla bilməz!”

“Qarabağda baş verənlər, bu savaş sadəcə müharibə deyil, bu, insanlıq və mənəvi normaları aşan insanlığa sığmayan vəhşilikdir. Orada canını xilas etmək istəyən, qırğından qaçan dinc insanlar-qadınlar, uşaqlar amasızcaına öldürülüb. Təkcə ona görə ki, onlar azərbaycanlıdırlar. Bütün bunlar Milli Qəhrəman, mərhum jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlarla bütün dünyaya çatdırılıb”.

Səfir Polad Bülbüloğlu Xocalı şəhidlərinə rəhmət diləyib,bu faciənin əsl qiymətini alacağına, torpaqlarımızın geri qaytarılacağına umidvar olaraq danışdı.

“Bu faciə ədalətsiziliyin nümunəsidir. 20 faiz Azərbaycan torpaqları işgal altındadır. Hələ də təəsüf ki, heç nə dəyişmir”. Bu sözləri Ümumrusiya Azərbaycalıları Konqresinin sədri Məmməd Əliyev söylədi. O “Xocalıya ədalət”” layihəsinin siyasi bir layihə olduğunu və atdıqalır addımın, bir mərkəzdən idarə edilən informasiyanın geniş sərhədlərə aşdığını və konqres rəhbəri olaraq onların bu işini hər kısin təqdir etdiyini qeyd edərək, Leyla Əliyevaya, H.Əliyev fonduna minnətdarlıq etdi.

Onu da qeyd etdi ki, siyasətçi, diaspor rəhbəri olmaqdan əlavə bir həkim olaraq, vəziyyətdən çıxış yolu tapmaq üçün diaqnozun düzgün qoyulması şərtdir. “”Məhz buna görə Azərbaycan xalqına və “Xocalıya” ədalətli münasibətdən danışmaq üçün həqiqəti üzə söyləmək gərəkdir. Nə qədər ki, standartlar var, nə qədər ki, dünyanın siyasi klimatını formalaşdıran liderlərin bulanlıq baxışları var, biz hələ gözləməli olacağıq. Bu gün burada çoxlu sayda gənclər iştirak edir, onlar ədalətin bərpa, torpaqların azad olunduğu günü görəcəklər. Bizim də görəcəyimizə umid edirəm””. Bunları M.Əliyev dedi.

Xocalıda ölməz kadrları çəkən Çingiz Mustafayevi o yerə aparan ukraynalı pilot Leonid Kravets 22 il keçsə də o günü həyəcasız xaırlamaq, danışmaq mümkün deyil -dedi. Hətta “Cəhənnəmi görmüş pilot” sənədli filmi üçün musahibə alınanda da o günləri yenidən yaşayırmış kimi hiss etdiyini yenə səsi titrəyə və gözləri dola-dola anlatdı.
Leyla Əliyeva: Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən,  heç nəylə sındırıla bilməz!”
Onu Ukaynadakı Azərbaycan diasporunun nümayəndələri axtarıb tapdığından, yaşanan bu gerçəkliyin şahidi kimi onun çatdırılmasına yadm edə- danışa bilərəmmi-deyə soruşduqlarını anlatdı. “”Mən də orada yaşadıqlarım və yaşananlar, günahsız insanların qanının tökülməsinə bais olanların ortaya çıxması, ədalətin bərpa olunması üçün razılıq verdim. Mən bunu vicdanım qarşısında edirəm””.

L. Kravets Agdamdan bir neçə xarici jurnalistlə bərabər yaxından tanıdığı Çiniz Mustafayev və oğlunun orada qaldığını bildirən bir komandiri götürüb ora getdiyindən danışdı.

“O komandirin oğlu vəhşicəsinə öldürülümüş azərbaycanlıalr arasında idi. 4 yaşlı uşağın bədənində 12 güllə yarası var idi. Komadir –uşağın atası oğlunu qucaqlayıb ağlayırdı. Mən o anda onun ağlını itimək dərəcəsinə gəldiyini baxışlarından hiss etdim”.
Leyla Əliyeva: Azərbaycan xalqının ruhu heç vaxt, heç kim tərəfindən,  heç nəylə sındırıla bilməz!”
L. Kravets “”filmdə hər şeyi danışmışam və bu gün o film burada nümayiş olunacaq, görüb, eşidəcəksiniz””,- deyib Xocalıda ölənlərə rəhmət dilədi.
Xocalı soyqırımının anma mərasiminin sonunda “Cəhənnəmi görmüş pilot” sənədli filminin nümayişi oldu.

Mərasimdə Azərbaycan, Rusiya, Türkiyə ictimai təşkilatlarının nümayəndələri, ictimai-siyasi xadimlər, Qarabag həqiqətlərindən yazan yazıçı Yuriy Pompeyev və tələbə gənclər iştirak edirdilər.

Tünzalə Vliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir