Londonda növbəti terror-7 nəfər ölü, 50 -yə yaxın yaralı


Londonda növbəti terror-7 nəfər ölü,  50 -yə yaxın yaralı
İyunun 4-ü gecəsi Londonun mərkəzində baş verən terror nəticəsində yeddi nəfər ölüb. Bundan əvvəl alti adamın öldüyü haqqında məlumat verilmişdi.

Lodonda iyunun 4-də törədilən terror hücumunda ölənlərin sayı altından yeddiyə yüksəlib- Reuters polislərə istinadən xəbər verib.

Ən azı 48 nəfər London xəstəxanalarında qalır. Onlara tibbi yardım edilir. Əlavə onlarala insan hadisə yerində yümgül xəsarət alıb.

Bazar günü Moskva vaxti ilə gecəyarısı Londonun mərkəzində iki terror aktı baş verib. Furqonlu maşın London körpüsündə piyadaların üstünə çıxıb və bundan sonra dayanmadan Boro bazarına doğru hərəkət edib. Orada maşından düşən üç silahlı ov bıçağı ilə yoldan keçənlərə hücum ediblər.

hüquq- mühafizə orqanlarının əməkdaşları hücumçuların üçünü də güllələməyə müvəffəq olublar. Onların kimliyi hələ müəyyən edilməyib. Heç bir terror qrupu hadisəni üzərinə götürməyib.

Bu Londonda 2, 5 ay ərzində sayca 3-cü terror hadisəsidir.

Baş nazir Tereza Meyin Koservativ partiyası, həmçinin Leyboristlər partiyası terordan sonra özlərinin seçki kompaniyasını dayandırdıqlarını söyləyiblər. Eyni qərarı Şotlandiya milli partiyası da dəstəkləyib.

Vladimir Putin Londonun mərkəzində baş verən terrorla bağlı başsağlığı verib.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir