Millimiz Portuqaliya yığmasına məğlub oldu


Millimiz  Portuqaliya  yığmasına məğlub oldu
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası növbəti oynunu keçirib. Braqanın “AXA Stadium” meydanında millimiz Portuqaliya yığmasına 3:0 hesabı ilə məğlub olub.

İlk hissədə komandamız müdafiədə inamlı oyun numayiş etdirdirərək qapının toxunulmazlığını qoruyub saxlaya biliblər.

İkinci hissədə də komandamız bütövlukdə müdafiyəyə çəkilək rəqibə qol vurmağa imkan vermirdilər. Lakin buna baxmayaraq meydana yenıcə çıxan Valera 63-cü dəqiqədə hesabı açmağı bacardı. Oyun boyu qapımız qarşısında hücümlar təşkil Portuqaliya yığması 85-ci dəqiqədə Poştikanın vurduğu qolla hesab arasındakı fərqi ikiyə çatdırdı. 88-ci dəqiqədə Bruno Alveş millimizin qapısına yol açaraq komandandasının hesabına 3-cü qolu yazdırdı.

Oyun boyunca yeğanə künc zərbəsini qazanan komandamız hesab arasındakı fərqi azalda bilmədi və oyun millimizin böyükhesablı məğlubiyyətilə başa çatdı.

11 sentyabr
“DÇ-2014″”ün seçmə mərhələsi
Portuqaliya – Azərbaycan – 3:0
Qollar: Valera, 63, Poştiqa, 85, Alveş, 88
Baş hakim: Şimon Marçinyak
Baş hakimin köməkçiləri: Pavel Sokolniçki, Radoslav Siejka
Dördüncü hakim: Robert Malek (hamısı Polşa)
Braqa. “AXA Stadium”
Azərbaycan: Kamran Ağayev, Əli Gökdəmir, Mahir Şükürov, Elnur Allahverdiyev, Cihan Özkara (Branimir Subaşiç, 73), Rəşad Sadıqov (k), Ruslan Abışov, Cavid Hüseynov (Əfran İsmayılov, 59), Maksim Medvedyev, Rahid Əmirquliyev, Vladimir Levin

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir