Miqrantların sıxışdırılması davam edir…


Miqrantların sıxışdırılması davam edir... Rusiyada miqrantların qeqallaşdırlımasından daha çox ölkədən çıxarılması yönündə təşəbbüşlər irəli sürülməkdədir.

Rusiyaya gələn miqrantaları tibbi sığorta almağa məcbur edəcəklər. Onaların ölkədə qalma müddəti qaydalarına də dəyişikliklər olacaq. Vizasız və işə icazə vəsiqəsiz olan gəlmələr ölkə ərazisində yarım il ərzində 90 gün qala bilərlər. Bu haqda “Kommersant” qəzeti yazıb.

Müvafiq düzəlişlərin hazırlanması təşəbbüsü ilə dövlət sərhəd komissiyasının rəhbəri, baş nazirin müavini Dimitri Roqozin çıxış edib. Bundan əlavə Federal Miqrasiya xidmətinə 2015-ci ilə kimi “miqrantın kimliyini təyin edən elektron vəsiqə”nin tətbiq edilməsinin təşkili tapşırılıb.

“Miqrasiya XXI əsr” fondunun başçısı Vyaçeslav Postavnin Roqozinin təşəbbüsünü Avropa İttifaqında hökm sürən normanın “eybəcər surəti” kimi dəyərləndirib. “Avropa miqrantları deportasiya etmir və sıxışdırmırlar. Bir neçə ildən sonra orada miqrant leqallaşa bilir. Bizdə RF-də qalan miqrantın yolu bağlanır, Rusiyada qalarsa qeyri-leqal miqrant kimi leqallaşmağa şansı da qalmayacaq”-deyə bildirib.

Xatırladaq ki, bu Dimitri Roqozinin miqrantlar əleyhinə çıxış etdiyi ilk təşəbbüs deyil. Hələ 2013-cü ilin yazında mərkəzi televiziya kanalının jurnalsitləri ilə Düşənbə-Moskva qatarında numayişkaranə yoxlanış təşkil etmişdi və yaxınlarda Rusiyanın MDB vətəndaşları üçün xarici pasportla sərhəd keçməyi tətbiq edəcəyini planlaşdırdığını söyləmişdi. Roqozinin bu hərəkəti Tacikistan XİN tərəfindən kəskin qınağa səbəb olmuşdu.

Qeyri-leqal miqrant məsələsinə belə yüksək diqqət Moskvada Matveeyka bazarında Dağıstandan gələnlərin polisi döyüb yaralaması hadisəsindən sonra artıb. Biryulovoda azərbaycanlının yerli sakini öldürməsi olayı isə bunun kulminasiya nöqtəsi olub. Bütün bu gərginlik, miqrantlara qarşı gündə bir qadağa tətbiq olunması məsələsi gündəmin baş köşəsində hələ çox oturacağından xəbər verir.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir