Moskvada adam oğruları Azərbaycan vətəndaşına öz qəbrini qazdırdılar


Moskvada  adam oğruları  Azərbaycan vətəndaşına öz qəbrini qazdırdılar
Lyublino istintaq şobəsinə RF Cinayət Məcəlləsinin 2 madəsiinin 126-cı bəndi (adam oğurlamaq) iki gəncə qarşı cinayət işi qaldırılması ilə baglı material göndərilib.

Yenises.ru-nun kp.ru-ya istinadən verdiyi məlumata görə RF Daxili işlər nazirliyi baş idarəsinin mətbuat-xidmətindən verilən xəbədrə bildirilir ki, Azərbaycan vətəndaşının polisə müraciətindın sonra həmin iki şəxs saxlanılıb. Azərbaycanlının sözlərinə görə 1 iyulda iki naməlum şəxs onu oğurlayaraq Moskva çayının yanına gətirib və mobil telefonunu, özünün, maşınının sənədlərini əlindən alıblar. Elə həmin gün də şübhəlilər saxlanılıb.

Belə məlum olur ki, 1 iyulda tanışlar bir yerdə içib və içki qurtardıqda onlardan biri xarici maşını ilə yenidən içki almağa gedib. Yolda onlar içində azərbaycanlı olan VAZ-2115 maşınının saxlandığını görüblər. Azərbaycanlını silaha oxşar alətlə təhdid edərək telefonunu, özünün və maşınının sənədlərini alıb, sonra özlərinin xarici maşınlarına mindirib və Moskva çayının sahilinə gətiriblər. Travmatik tapanca ilə onu hədələyərək öz qəbrini qazmağa məcbur ediblər.

Sonra onu maşının baqajına basaraq Dzerjinsk şəhərinə gətiriblər. Orada da silahla təhdid ediblər. Birdən silah açılıb və güllə onlardan birinin qulağını zədələyib. Bu məqamdan istifadə edən zərərçəkən onların əlindən qaçıb və polisə müraciət edib.

Hazırda hər iki cinayətkar nəzarət altındadır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir