Moskvada killer günün günorta çağı adamı güllələyib qaçıb


Moskvada  killer günün günorta çağı adamı güllələyib qaçıb
Naməlum şəxslər kimliyi bəlli olmayan bir kişini güllələyiblər. Bu haqda “İnterfaks”” agentliyinə hüquq mühafizə orqanlarından məlumat veriblər.

Verilən məlumata görə bazar günü gündüz saatlarında Moskvanın Lenin prospekti, ev 148 ünvanı yaxınlığında yerləşən kafein qarşısında dayanan kişiyə naməlum şəxs bir neçə dəfə atəş atıb, sonra onu gözləyən Chevrolet Tahoe markalı qara avtomobilə minərək oradan uzaqlaşıb. Başından və qolundan xəsarət alan şəxs hadisə yerindəcə keçinib.

Şahidlərin söylədiyinə görə güllələn şəxs kafedən çıxırmış.

Hazırda hadisənin törədildiyi Lenin prospektində paytaxt müstəntiqləri çalışırlar. Hüquq mühafizə orqanındakı mənbədən verilən məlumata görə öldürülən şəxsin üstündən onun kimliyini təsbit edən hər hansı bir sənəd çıxmayıb. Hadisənin killər tərəfindən törədilidiyi və qətıdə ən azı iki nəfərin iştirak etdiyi ehtimal edilir.

İstintaqçılar əldürülənin kimliyini bəlli etmək üçün axtarışlaırnı davam etdirirlər. Şəhərdə qatilin tutulması üçün “” Axtarış”” planı həyata keçirilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir