Moskvada M.Ə.Rəsulzadə haqqında ensiklopediyanın təqdimatı oldu


Moskvada  M.Ə.Rəsulzadə haqqında  ensiklopediyanın təqdimatı oldu
Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresində “İnsanlara azadlıq, millətlərə müstəqillik””-deviziylə həyatını bu yolda mübarizəyə sərf erdərək müsəlman Şərqində ilk respublika-Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına nail olan dahi şəxsiyyət M.Ə. Rəsulzadə haqqında ensiklopediyanın təqdimatı keçirildi.

“”Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”” adlanan rus nəşrinin təqdimat mərasiminin iştirakçıları bü günlərdə vəfat etmiş Vaqif Səmədoğlunun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra tədbiri Moskvadakı M.Ə.Rəsulzadə məclisinin sədri Füzuli Fərəcov açaraq kitabın müəllifi Bakı Dövlət universitetinin dosenti Nəsiman Yaqublunu görüş iştirakşılarına təqdim etdi.

Ömrünün 25 ilini M.Ə.Rəsulzadənin həyatı, yaradıcılığı, tarixi fəaliyyətini araşdırmağa sərf edən müəllif əvvəl görüşün təşkilatçılarına minnətdarlıq etdi. Sonra o, belə bir tarixi şəxsiyyətin doğumundan son gününə kimi həyatının bütün donəmlərini xırda detalları ilə, tarixi qaynaqlara, dəlillərə söykənərək araşdırıb anlatmaq və ortaya çıxartmağın şərəfli olduğu qədər də məsuliyyətli, çox zəhmət tələb edən iş olduğundan danışdı.

Bunu təsadüfi vurğulamayan araşdırmaçı alim Nəsiman Yaqublu “”internet əsrində gündə 15 minə qədər informasiya almaq imkanımız olan bir zamandan geriyə M.Ə.Rəsulzadənin yaşadığı günə boylansaq o zaman üçün bunun nə demək olduğu hamımız anlarıq””-dedi. Axtarışları zamanı çox bilgi almaq imkanlarının məhdud olduğu elə bir əsrdə yaşayan M.Ə.Rəsulzadənin buna rəğmən gündə dünyada çıxan 90-a yaxın qəzet oxuduğu, 10 dili mükəmməl bildiyini təsdiq edən faktlara rast gəldyini qeyd etdi.

“”Yaşadığı dövrdə 27 kitabı nəşr olunub. Onlardan 6-sı Azərbaycanda, 11-i Türkiyədə, 4-ü Fransada, 2-si Almaniyada, 2-si İranda və sair s. çıxıb. 1774 məqalənin, 9 şeirin, 15 ədəbi tərcümənin müəllifidir. 25 il ərzində M.Ə.Rəsulzadənin izi ilə dünyanın bir çox ölkələrinin tarixi arxivlərinə baş vurmuş, müxtəlif insanlarla görüşmüş, onunla bağlı xirda detalın belə üstündən adlamadan 500 orijinal sənəd, həmçinin pasportunu əldə edə bilmişəm. Bütün bunlar ensiklopediyada əks olunub””.

N.Yaqublu kitabın adının niyə Məmməd Əmin deyil, Məhəmməd Əmin adlandırdılmasına da aydınlıq gətirərək bunu onun məqalələrini məhz Məhəmməd imzası ilə yazması, pasportda da adının Məhəmməd göstərilməsiylə izah etdi. “”Azadlıq carçısı, millətin bir dövlət, bir bayraq altında birləşməsinə imzasını atan dahi şəxsiyyətimizi tanıyaq ki, tanıdaq”” tezisiylə çıxışına yekun vurdu.
Moskvada  M.Ə.Rəsulzadə haqqında  ensiklopediyanın təqdimatı oldu
Tanınmış jurnalist Rüstəm Arifcanov Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının rus dilində nəşrini imkan tapıb oxduğunu və bu işin dövlətimizin tarixini bilmək və tanıtmaq baxımdan gözəl addım olduğunu söylədi.

Çıxışında:-“”Tarixin şəxsiyyətlərinin üz-üzə qoyulması, kimin kimdən daha artıq dahi şəxsiyyət olduğunu müqasiyə etmək yanlışdır. Hər dövrün öz dahi tarixi şəxsiyyətləri olub. Onlar hamısı bizimdir. Hər birini fərq qoymadan sevməli, onlarla fəxr etməliyik””-deyərək kitabda belə bir ayrıcalığın onun diqqətini cəlb etdiyini bildirdi. “”Bugünkü “”Müsavat”” partiyası birmənalı olaraq M.Ə.Rəsulzadə dövrü partiyasının davamçısıdır demək doğru fikirdirmi?-deyə kitabdan bəzi tezislər çıxardığını da söylədi.

Filologiya elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Əlaqələr institutunun müəllimi Abuzər Bağırov M.Ə.Rəsulzadə haqqında çoxsaylı monoqrafiya, araşdırma əsərləri ilə yanaşı onların fonunda Nəsiman Yaqublunun ensiklopediya varinatıyla uğurlu bir yol seçdiyinə diqqət çəkdi. “”Ensiklopediya – təməldən başlanan və yüz illər sonraya hesablanmış işdir. Sonrakı araşdırmalar üçün banşlanğıc nöqtəsi olan bir yoldur””. O, bu təməli qoyan, böyük zəhmət çəkən müəllif N. Yaqubluya təşəkkürünü bildirdi.
Moskvada  M.Ə.Rəsulzadə haqqında  ensiklopediyanın təqdimatı oldu
Müzakirələrdə ÜAK-nin məsləhətçisi Manaf Ağayev M.Ə.Rəsulzadənin Rusiya münasibətlərinə xüsusi əhəmiyyət verdiyinə toxundu. Azərbaycanın müstəqilliyini elan etməsi addımını M.Ə.Rəsulzadə belə dəyərləndirmişdi. “”Bizim Rusiyadan ayrılmamız-bu düşmən addım deyil. Biz Rusiyanı sevirik, lakin öz müstəqilliyimizi də sevirik””.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev isə Ensiklopediyanın rus dilində nəşr olunmasının Azərbaycanın dövlətçilik tarixini burada geniş auditoriyaya tanıtmaq baxımından böyük əhəmmiyətini vurğuladı. Rusiyadakı bütün diaspor təşkilatlarını bir araya toplayıb belə bir təqdimata ünvan olduqlarından dolayı ÜAK-nə təşəkkür etməyi də unutmadı.

Müzakirələrə öz çıxışıyla möhürü jurnalist Anar Həsənov vurdu. ÜAK-nə və Füzuli Fərəcova minnətdarlığını bildirib, BDU-da müəllimi olmuş Nəsiman Yaqubluya”” xoş gəlmisiniz”” -dedi.

Auditoriyanı nəzərə alaraq və eyni zamanda bizə kimliyimizi izah edən, ilk dəfə Azərbaycan adında dövlət quran, öləndə də 3 dəfə “”Azərbaycan””- deyib dünyasını dəyişən dahi haqda rusca fikir söyləməyi onun ideallarına hörmətsizlik edirmiş kimi hiss etdiyini deyib nitqinə azərbaycanca davam etdi: “”Əlimdəki bu kitabın (“”Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyati, Çağdaş Azərbaycan tarixi””) bu günə düşməsinə görə məni qınamayın. Bu kitabı mən 18 yaşımda Bakıdan özümlə gətirmiş və otaq otaq, ev-ev özümlə gəzdirdiyimdən, azı 5 dəfə oxuduğumdan bu hala düşüb. “Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan tarixi, Çağdaş Azərbaycan ədəbiyyatı” – Azərbaycan adından danışan hər kəs, ictimai məsuliyyəti olan hər bir azərbaycanlı 100 faiz bu əsərləri oxumalıdır. Niyə?? Çünki XX yüzilliyin əvvəlinə qədər Məmməd Əmin Rəsulzadə kimi bizə böyük miras qoyub gedən ikinci bir dövlət xadimi, dövlət başçısı, sərkərdə olmayıb!!!””
Moskvada  M.Ə.Rəsulzadə haqqında  ensiklopediyanın təqdimatı oldu
Anar Həsənov davam edərək , Yaspersin belə bir ifadəsi var dedi. “”Tarixdən ideallar yox, ideya götürmək lazımdır””. Azərbaycan tarixində qəhrəmanlar kimdir?! Nuru Paşa, Məmməd Əmin, Cavad xan. Cavad xan müstəmləkəyə qarşı mübarizə modelini verib. Kim nə qoyubsa, nə veribsə, onun qiymətini verməliyik. Ümumi bir tarixi prinsip var. Bu gününü tapa bilməyən xalqlar keçmişinə aludə olurlar. Kant Fridrix haqqında deyib ki, onun ən böyük xidməti Prussiyanı birləşdirməsi olub, bir də alman ictimai şüurunu formalaşdırması. Mənə görə ikincisi daha əhəmiyyətlidir. Məmməd Əmin Rəsulzadə tarixə örnək verən, qurucu bir şəxsiyyətdir””.

Jurnalist çıxışına Rusiyada doğulub boya- başa çatan gənclərimzə dövlətinin tarixi keçmişini tanıdan, tanıtdıran Ensiklopediyadan yola çıxaraq özünü tanımasına yardım olacaq belə bir nəşr üçün müəlllimi Nəisiman Yaqubluya təşəkkür edərək, – “”Nəsiman müəllim, sag olun ki, bizə cümhuriyyət tarximizi yazan, bayrağımızı qaldıran, millətimizi millətlər sırasına qatan bir şəxsiyyəti tanıtmısınız, sevdirmisiniz!””- sözləriylə yekun vurdu.
Moskvada  M.Ə.Rəsulzadə haqqında  ensiklopediyanın təqdimatı oldu
Təqdimat mərasimində çıxış edənlər -tarix elmləri doktoru İbrahim Məlikov, Moskva Dövlət Linqvistika universiteti Azərbaycan kafedrasının rəhbəri, filologiya elmləri doktoru Bella Musayeva, tarixçi-alim Əşrəf Hüseynli, şair Sultan Mərzili, Moskva Azərbaycan mədəniyyət mərkəzirnin direktoru Nisə Mustafayeva və digərləri də dahi tarixi şəxsiyyət M.Ə.Rəsulzadə haqqında dəyərli fikirlər söylədilər.

M.Ə.Rəsulzadənin doğum gününə töhvə olan “”Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası””nın təqdimat mərasimində “”Salamnews””-ün jurnalisti İqbal Rüstəmova M.Ə.Rəsulzadə məclisinin fəxri fərmanı verildi.

Tünzalə Vəliqızı
Yenises.ru, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir