AVRO-2012: İspaniya millisinin yekun heyəti açıqlandı”


İspaniya milli komandasının AVRO-2012 üçün yekun heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Visente del Boske Avropa çempionatına gedəcək 23 futbolçunu müəyyənləşdirib. Bunların arasında çoxlugu “Barselona” komandasının nümayəndələri təşkil edir- yeddi oyuncu. İkinci yerde isə “Real” komandasının oyunçuları beş nəfər ilə üstünlük təşkil edir.

Qapıçılar: İker Kasilyas (“Real” Madrid), Viktor Valdes (“Barselona”), Pepe Reyna (“Liverpul”, İngiltərə);

Müdafiəçilər: Serxio Ramos, Alvaro Arbeloa, Raul Albiol (hamısı “Real Madrid”), Xaver Martines (“Atletik”), Xerard Pike (“Barselona”), Xordi Alba (“Valensiya”), Xuanfran (“Atletiko”);

Yarımmüdafiəçilər: Serxio Buskets, Andres İnyesta, Xavi, Pedro, Sesk Fabriqes (hamısı “Barselona”), Xabi Alonso (“Real Madrid”), Santi Kasorla (“Malaqa”), Xuan Mata (“Çelsi”, İngiltərə), Hesus Navas (“Seviliya”), Sesk David Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Fernando Lyorente (“Atletik”), Fernando Torres (“Çelsi”, İngiltərə), Alvaro Neqredo (“Sevilya”).

İspaniya milli komandasının AVRO-2012 -in qrup mərhəlesindəki rəqibləri İtaliya, İrlandiya və Xorvatiya milli komandalarıdır.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir