“Neftçi” növbəti mərhələyə yüksəldi


“Neftçi”  növbəti mərhələyə yüksəldi
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirildi. Azərbaycan çempionu olan “Neftçi” klubu səfərdə Gürcüstanın “Zestafoni” klubunun qonaqı oldu. İlk oyunda rəqibi 3:0 məğlub edən komandamız bu dəfə növbəti mərhələyə yuksəldi.
Oyunda hesabı ev sahibləri 16-cı dəqiqədə Mucirinin vurduğu qol sayəsində açdılar. 19-cu dəqiqədə Jaba Dvali hesab arasındakı ferqi artırdı. Ikinci qoldan 3 dəqiqə sonra Julius Vobay hesab arasındakı ferqi azaldaraq komandamızın növbəti mərhələyə keçidini təmin etmış oldu.
İkinci hissəyə komandamız fəal başladı. Oyunun 52-ci dəqiqəsində rəqib cərimə meydançasında oyunçumuzu yere yıxdı və hakim penalti təyin etdi. Penaltini Rəşad Sadiqov dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi. Oyunun qalan hissəsində hesab dəyişməyərəh oyun sona yetdi.
Xatırladaq ki, üçüncü təsnifar mərhələsində “Neftçi”in rəqibi İsrailin “İroni Kiryat Shmona” komandası olacaq.

ZESTAFONİ – NEFTÇİ – 2:2 (2:1)
Qol: D.Muciri, 16 (1:0), J.Dvali, 19 (2:0), J.Vobay, 22 (2:1), R.Sadiqov, 52-pen (2:2)
Baş hakim: Artyom Kuçin (Qazaxıstan).
Zestafoni. David Abaşidze adına stadion.
İlk oyun – 0:3

NEFTÇİ: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir