Poroşenko: Odessa faciəsi Rusiyanın Ukraynanı parçalama planının bir hissəsidir


Poroşenko: Odessa faciəsi Rusiyanın Ukraynanı parçalama planının bir hissəsidir

Ukrayna prezidentliyinə namizəd Petr Poroşenko Odessa faciəsinin RF və rusiya xüsusi xidmət orqanının ölkədə stabilliyi pozmaq, onu parçalamaq planının bir hissəsi olduğuna əminliyini bildirib.

Deputatın mətbuat-xidmətinin məlumatında Poroşenkonun Odessada ölənlərin qohumlarına və yaxınarına səmimi qəlbdən başsağılı verdiyi deyilir.

“İnsanların ölümü xaricin oyuncaqları, aylar ərzində rejissorluq, sponsorluq edən, yalançıseparatçı hərəkatını canlandıraraq Odessada və Ukraynanın digər regionlarında əsl vətənpərvərlərə hücumlar edib qorxudanların vicadanına düşür”- deyə o, qeyd edib.

Poroşenko qarşıdurmada cavabdehlik “Rusiya bayrağına bürünərək kontrabanda, rüşvət və əvvəlki illərdə etdikləri digər cinayətlərdən qaçmaq istəyən keçmiş rejimin nümayəndələri olan separatçı layihənin daxili sponsorlarının ” üzərinə düşdüyünü söyləyib. İstintaq onların adlarını açıqlamalıdır- deyə prezidentliyə namizəd bəyan edib.

Poroşenko yerli hökümət orqanları, Ukrayna təhlükəsizlik şurası (SBU) və milisinin qeyri-qənaətbəxş işinin “acınacaqlı qurbanlara” səbəb olmasını da xüsusi vurğulayıb. Hüquq –mühafizə orqanları vətəndaşın təhlükəsizliyini təmin eməli idi, lakin onlar bu işi bacarmadılar, buna görə də məsuliyyətə cəlb olunmalıdırlar.

Poroşenko qeyd edib ki, “Odessa faciəsi acı dərs olmalıdır. Bunun başqa yerdə təkrar olunmasını Allah göstərməsin”. O separatçı aksiya iştirakçılarını silahı yerə qoyaraq qanunsuz tutulmuş binaları boşaltmağı və Donetsk, Luqansk “respublikasında” bayraqları endirərək dinc həyata qayıtmağa çağırıb.

Qeyd edək ki, Poroşenko, Kiyev merliyinə namizəd, UDAR partiyasının liederi Vitali Kliçko və sabiq baş nazir Yuliya Timoşenko bu gün Odessaya gəliblər.

Ayxan Azəroğlu
/Yenises.ru/

Odessanın mərkəzində Avromeydan, və “Klukovo çölü”antimeydan hərəkatı tərəfdarları arasında toqquşma yaranıb. Toqquşma zamanı rusiyayanlı nümayuşçilər Həmkarlar evinin binasına sıxışdırılıblar. Ora hər tərəfdən “Molotov” kokteyli atılıb. Həticədə binada yanğın baş verib. Yanğında 46 nəfər ğlüb, 214 nəfər isə yaralanıb. Faciə ilə bağlı Ukraynada 3 günlük matəm elan edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir