Prezident əsgəri sirada


Prezident əsgəri sirada
Türkiyənin prezidenti Abdullah Gül Twitter vasitəsiylə Qurban bayramını təbrik edib.

Abdullah Gül Mühafizə ordusunun əsgərləri ilə Çankaya köşkü qapısında növbə tutan əsgər və polislərlə bayramlaşmasın aid olan şəkilləri Twitter istifadəçiləri ilə paylaşıb.

Bayram namazını Mühafizə ordusu ilə Süngülü məscidində qıldığını bildirən prezident bayramdan dolayi gəzintiyə cixacaq vətəndaşlara diqqətli olmagı və qaydalara riayət etməyi də tövsiyyə edib.

Türkiyə prezidenti Twitter-dənki hesabından xalqına belə bir müraciət mətni yayımlayıb:

“Hamınızın Qurban bayramı en xoş diləklərimlə təbrik edirəm. Bu dəfə bayram namazını Mühafizə xidmətindəki əsgərlərlə bərabər qıldım. Bu namazdakən sərhədlərdə ağır şərtlər altında növbədə olan, hamımızın təhlükəsizliyi üçün böyük fədakarlıqlar edən vəzifə başındakı bütün təhlükəszilik qüvvələrinin də bayramını təbrik edirəm. Təkrar səyahət edənlərə diqqətli olmalarını, qaydalara riayət etmələrini xatırlatmaq istəyirəm ki, bayramları acıya dönuşməsin”.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir