Putin məmurlarının maaşını artırdı


Putin məmurlarının  maaşını artırdı
RF prezidenti məmurun maaşını artırmaqla korrupsiyanın qarşısını almaq fikrindədirmi?

XİN-liyinin başçısı Sergey Lavrovun 53,5 min rubl, qalan nazirlər isə ayda 51,8 min rubl əmək haqqı alacaqlar. Bu dolların hazırkı kursu ilə 2000 dollara yaxın pul edir.

Prezident Putin 2013-cü ilin sentyabrında bütün yüksək vəsifəli məmurların maaşını artırıb. Onların əmək haqqının gələn il bir az daha artırılacağı haqqında rəsmi dövlət saytında məlumat yerləşdirilib.

Ayrılıqda hökümət aparatının rəhbərlərinin maaşı 53,7 min rubla qədər qalxıb. Ötən il bu məbləğ 34 min rubl təşkil edirdi.

Ən yüksək maaş Təhlükəsizlik Şurasının katibi Sergey Patruşevindir. Onun əmək haqqı 102,5 min rubl məbləğindədir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov 63 min rubl, Ombudsman Vladimir Lukin 55 min rubldan bir az artıq maaş alacaq.

2014-cü ilin sentyabrına kimi məmurların vəziyyəti daha da yaxşılaşdırılacaq. Nazirlər kabinetinin başçısının maaşı, məsələn, 81,1 min rubl, MSK rəhbərininiki isə 100 min rubla qədər olacaq. Nazirlərin də maaşı 81,1min rubl təşkil edəcək. Lukinin əmək haqqı 30 min rubl artaraq 85,2 min rubla çatacaq. Patruşevin maaşı isə dəyişməyəcək.

Bu gün məlum olub ki, RF baş prokuroru Yuri Çayka və RF istintaq komitəsinin başçısı Aleksandr Bastırikinin maaşları da artırılıb.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir