Putin Təhlükəsizlik Şurasının geniş iclasını çağırıb


Prezidentin mətbuat katibi Peskov  Putinin fevralın 21-də Təhlükəsizlik Şurasının növbədənkənar  iclasını keçirəcəyini deyib.

Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Təhlükəsizlik Şurasının  növbədənkənar  iclasını keçirəcək.  “İnterfaks” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti brifinq zamanı bildirib.

“Bu, böyük Təhlükəsizlik Şurasıdır”- deyə o, qeyd edib.

Peskov həmçinin bildirib ki, Putinin bu günə bir neçə beynəlxalq telefon danışığı planlaşdırılıb. Kreml sözçüsü Təhlükəsizlik Şurasının fövqəladə iclasının və qarşıdan gələn danışıqların mövzusunu açıqlamayıb.

Fevralın 18-də  özünü müstəqil adlandıran   DNR və LNR rəhbərliyi  əsasən qadınlar, uşaqlar və qocalar olmaqla respublika sakinlərinin  müvəqqəti evakuasiya olunacağını   elan etdilər. Ukraynadan gözlənilən hərbi hücum təhlükəsi ilə əlaqədar əhalinin Rostov vilayətinə təxliyəsi başlayıb.

Bundan əvvəl Putin fransalı həmkarı Emmanuel Makronla söhbətində demişdi ki, Ukraynaya NATO silahlarının göndərilməsi  Kiyevi Donbasdakı vəziyyəti güc yolu ilə həll etməyə təhrik edir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir