Qafqazlını FSB çantasında 34 milyon rublluq qızılla Yakutiya meşəsində tutdu


Qafqazlını FSB çantasında 34 milyon rublluq qızılla Yakutiya meşəsində tutdu
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Yakutiya meşəsində çantasında külçə və toz halında milyonlarla dəyərdə qızıl olan qafqazlını yaxalayıblar. Bu haqda 29 oktyabr -bazar ertəsi FSB-nin regional idarəsinin mətbuat xidmətindən RİA “Novosti””yə məlumat daxil olub.

Qurum Neryunqrinsk rayonunun Berkakit qəsəbəsi yaxınlığındakı meşədə əməliyyat aparıb. Lenta.ru-nun xəbərində saxlanılan şəxsin Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası sakini olduğu yazılır. ) Onun qızılı haradan götürdüyü dəqiqləşdirilir. Qiymətli metalların qanunsuz saxlanması ilə bağlı cinayət işi qaldırılıb.

Saxlanılan şəxsdən ümumilikdə 13 kiloqram qızıl götürülüb. Mərkəzi bankın dəyişmə məzənnəsinə görə onun dəyəri 34,5 milyon rublu aşır.

Yakutiyada Rusiyanın ən böyük qızıl yataqlarından biri yerləşir. Regionda açıq və aşkarlanması çətin olan qızıl mədənləri var.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir