«Qrajdanskaya platforma» Moskva merliyinə namizədinin adını bu gün elan edəcək


«Qrajdanskaya platforma»  Moskva  merliyinə  namizədinin adını bu gün  elan edəcək
Mixail Proxorov “Qrajdanskaya platforma” partiyasının Moskva merliyinə namizədinin adını bu gün elan edəcək. tam dəqiq olmayan məlumata görə biznesmen özü seçkilərdə iştirak etməyəcək.

Moskva administrasiyasının kürsüsü uğrunda biznesmenin bacısı İrina Proxorova mübarizə aparacaq.

“İzvestiya” qəzeti yazır ki, Mixail Proxorov hüquqşünasla məsləhətləşdikdən sonra belə qərara gəlib ki, xarici aktivlərindən xilas ola bilmədiyinə görə seçkilərdə iştirak edə bilməyəcək. Qanuna əsasən xaricdə mülk sahibi olan seçkilərə gedə bilməz. Proxorov indi təcili keçirilən seçkilərn əslində 2015-ci ildə keçirilməsi nəzərdə tutulduğundan hazır ola bilmədiyini də deyib.

Müvəqqəti Moskva meri səlahiyyətlərini yerinə yetirən Sergey Sobyanin öz namizədliyini verib və “Yedinya Rossiya” nümayəndələri ona laziminca yardımçı olacaqlarını bildirblər. Sobyanin yeni müddətdə onun siyasətunə dəxli olan bəyanatlar verməyə başlayıb, əgər seçilərsə bütün partiyalarla sıx əlaqə saxlayacağını söyləyib. O federal hakimiyyətdə işləmək istəmədiyini, “Moskva meri vəzifəsi ən maraqlı işlərdən biridir” –deyir.

Müxalifət düşərgəsi isə bu yerə iddiaçı sifətində Aleksey Navalninın namizədliyini irəli sürmək fikrindədirlər.

Səsvermə sentyabrın 8-də olacaq. Sergey Sobyanin qeyd edib ki, seçkilər günü patyaxtın mərkəzində maşın dayanacaqlarının pulsuz olması əleyhinə deyil.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir