Rusiya ordusunda ilkin hərbi xidmət müddəti uzadılsın!


Bu tələblə Rusiyanın aparıcı telejurnalisti Vladimir Solovyov çıxış edib.

“Orduda xidmət müddəti artırılmalıdır və orada xidmətin hazırkı təşkili “tamamilə mənasız bir vəziyyətdir”. Bunu teleaparıcı Vladimir Solovyov söyləyib.

“Aydındır ki, xidmət müddəti uzadılmalıdır. Bir il hərbi –hazırlıq təlimləri öyrədildikdən sonra  insanların mülki həyata dönməsi tamamilə mənasız bir vəziyyətdir “-deyə  Solovyev “Rossiya 1” telekanalındakı “Bazar günü axşamı” proqramının efirində bu bu fikirləri səsləndirib.

Bundan əvvəl Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet də orduda hərbi xidmət müddətinin iki ilə qədər artırılmasını istəyib. RT xəbər verir ki, o, bunu Rusiya ordusunun döyüş hazırlığının artırılması üçün zəruri tədbir adlandırıb. Rusiya mediası mənbəyə istinadən xəbər verir ki, belə bir təşəbbüs Kremldə və Müdafiə Nazirliyində dəstəklənməyiyini isə  360 telekanalı qeyd edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir