Rusiya saxlanılan təyyarə ilə bağlı Türkiyədən açıqlama tələb edir


Rusiya  saxlanılan  təyyarə  ilə bağlı Türkiyədən  açıqlama tələb edir

Türkiyə Ankarada endirilən Suriya təyyarəsində olan ruslarla Rysiya diplomatlarının görüşməyinə etiraz edib. Moskva Türkiyə hökümətinin bu hərəkətinin səbəbini açıqlamasını və gələcəkdə belə insidentlərə yol verilməməsi üçün ölçü götürməsini tələb edir. Bu haqda Rusiya Xarici işlər nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç bildirib.

“Rusiyanın Ankaradakı səfirliyi Türkiyə hökümətindən Rusiya vətəndaşlarıyla əlaqə yaradılmasını təmin etməyi tələb edib. Aeroporta konsulluğun əməkdaşları və həkim gəlib. Lakin Türk höküməti səbəbini bidirmədən ikitərəfli Konsulluq konvensiyasını pozaraq rusiyalı diplomatların vətəndaşlarımızla görüşməsinə razılıq verməyib, hansı ki, 8 saat ərzində onları aeroportun binasına buraxmayıblar. Yeməklə də təmin olunmayıblar”-deyə diplomatik korpusun məlumatında deyilir.

Xatırladaq ki, Suriya Türkiyə üçün hava sahəsini qapatdığına görə Türkiyə də adekvat addım ataraq Suriya təyyarələrinin öz hava sahəsindən yoxlayandan sonra buraxmağı qərara alıb. Bunun Türkiyənin təhlükəsizliyi üçün edildiyi haqda əvvəlcədən məlumat verilmişdi. Buna görə dünən Moskvanın Vnukovo aeroportundan Suriya istiqamətinə uçan təyyarə Türkiyə hərbi döyüş təyyarələrinin tələbi və müşaiyəti ilə Ankaranın Esenboğa aeroportuna endirilib. Təyyarədə 17 rus sərnişinin olduğu bildirilirdi. Dəməşqə uçan təyyarədə yoxlama aparılan zaman bir neçə hərbi əşya götürüldükdən sonra uçuşa icazə verilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir