Rusiya və Çin bankını mühakimə etməklə Tramp şübhəni özündən uzaqlaşdırıb


Rusiya və Çin bankını mühakimə etməklə Tramp  şübhəni özündən uzaqlaşdırıb
ABŞ prezidenti Donald Tramp Rusiya və Çini milli valyutalarının dollara nisbətən ucuzlaşdığına görə tənqid edib. Politoloq İqor Şatrov Sputnik radiostansiyasının efirindən bu ittihamın arxasında nə dayandığını ehtimalından danışıb.

Prezident Tramp Rusiya və Çində milli valyutanın aşağı düşməsini tənqid etməklə bərabər bu iqtidasi strategiyanı “qəbuledilməz”” adlandırıb.

“” Rusiya və Çin valyutanın devalvasiyasını oynayır və eyni zamanda ABŞ da faizin kursunu qaldırmağa davam edir. Qəbuledilməzdir!””- o, Twitter-də belə yazıb.

2017-ci ilin fevralında Maliyyə nazirliyi daxili bazarda neftin qiymətinin rubldan asılılığını minimuma endirməkdən ötrü valyuta almağa başlamışdı. Enerji resursları satışından alınan vəsait bu məqsəd üçün xərclənib. Mərkəzi Bankın təhlükəsizliyinə uyğun olaraq bu əməliyyatın məzənnəyə təsiri neytral olacaq.

Çinin mərkəzi bankı 2015-ci ildən yuanın dollara nisbətən kursunu bir neçə dəfə ucuzlaşdırmışdı. Yuanın ucuzlaşmasının birinci dalğasından sonra ekspertlər təsdiq edirlər ki, kursun aşağı salınması eksportu stimullaşdırmaq üçündür. Çin höküməti bu bəyanatı təkzib edib. Hazırda çin valyutası dollara nisbətən möhkəmlənib.

“”Tramp şübhəni üzərindən kənara çəkir. Əslində isə o, bir neçə gün əvvəl (aprelin11-də) vicdansız biri kimi davranaraq Suriya hərbi obyektlərinə basqın edəcəyi haqqında məlumat yaydı. Bu hücum vəd etdikləri həmin gün baş vermədi, lakin dünya bazarında aksiya və qiymətli kağızlara təsirini göstərdi. Sonra Ağ Ev bu informasiya ilə bir-neçə gün manipulyasiya edərək ehtirasları qızışdırdı. Kim, harada və nə qədər bundan qazandı, hansı kompaniyalar, şirkətlər- biz onu bilmirik, amma ola bilsin ki, zamanında bilinəcək””-İqor Şatrov deyib.

Onun fikrincə Rusiya Mərkəzi Bankının adresinə səslənən ittiham tamamilə əsassızdır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir