Rusiyadan il ərzində 5 min qeyri-leqal miqrant qovulub


Rusiyadan il ərzində  5 min qeyri-leqal miqrant qovulub
Məhkəmə içraçıları fedral xidməti idarəsinin rəsmi saytında verilən məlumata görə ötən il ərzində Moskvada qeyri-leqal şəkildə məskunlaşmış 5 minə qədər miqrant deportasiya edilib.

“2013-cü ilin əvvəlində Moskva məhkəmə icraçıları 5mindən artıq xarici vətəndaşın ölkədən çıxarılmasını həyata keçirib. Onlar arasında səlahiyyətli orqanlar tərəfindən profilaktik-operativ əməliyyatlar nəticəsində saxlanılan, böyük ictimai rezonansa səbəb olan qeyri-leqal miqrantlar olub ”-deyə qeyd edilir.

Keçən 2013-cü ildə qeyri-leqal miqrant mövzusu Matveev bazarında polisin döyülməsi və Qərbi Büryulovoda Azərbaycandan gələn Orxan Zeynalovun yerli sakini öldürməsi hadisəsindən sonra aktuallaşıb. Kütləvi ölkədən cıxartma və deportasiya tədbirlərinə adıkeçən bu olaylar bir növ təkan olub.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir