Sankt-Peterburqda metro partladı, ölənlər və yaralananlar var


Sankt-Peterburqda metro partladı, ölənlər və yaralananlar var
Bu gün saat 14:30 radələrində “Texnologiçeskiy institut”” və “”Sennaya ploşşad”” metrostansiyaları arasında partlayış baş verib. İlkin məlumata görə partlayış nəticəsində 6 nəfər ölüb və 24 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Metropolitenin mətbuat xidməti partlayış hadisəsini təsdiq edib. Lakin bu haqda əlavə rəsmi məlumat hələ ki, yoxdur.

“”Konktretno.ru”” saytının müxbirinin şahidlərin söylədiklərinə əasasən verdiyi xəbərə görə partlayış “”Sennaya ploşşad “” metrostansiyasında vaqonda baş verib. Ehtimal edilir ki, 200-300 trotil ekvivalentinə bərabər gücdə partlayıcı qurğu işə düşüb. Adamlar güclü tüstüləmənin olduğunu bildiriblər.

Hazirda sərnişinləri hadisə yerindən çıxarılır. “”Sennaya ploşşad”” stansiyası bağlanıb. Həmçinin “”Ploşşad Vostaniya”” stansiyasının girişi, “”Mayakovski”” və “”Nevskiy prospekt”” keçidləri də qapadılıb.
Sankt-Peterburqda metro partladı, ölənlər və yaralananlar var
“”Sennaya ploşşad”” stansiyasına 17 təcili tibbi yardım maşını gəlib. Haidsə yerində hüquq -mühafizə orqanları əməkdaşları və xilasedicilər çalışırlar.

Partlayış zamanı zərərçəkənlər bir-birinə yardım edir və daha pis vəziyyətə hazır olduqlarını şahidlərdən biri TASS agentliyinə söyləyib.

“”Əgər belə demək mümkündürsə, vaqondakılaırn hamısı ölümə köklənmişdilər. Partlayışdan sona hamı məticəsini gözləyirdi, sonra bizi çıxartdılar və insanlar bir-birinə kömək etməyə başladılar. Çoxları qan içində idi”” -deyə həmsöhbət bildirib.

Başqa bir şahid isə oradan çıxarəlmaq üçün bir neçə dəqiqə gözləyiblər. “”Minimum 3-4 nəfər ölən gördüm, fövqəladə xidmət 5-7 dəqiqədən sonra gəldi””- o, deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir