Serj Sarqsyan Macarıstandan küsdü


Serj Sarqsyan  Macarıstandan küsdü
Ramil Səfərovun Bakıya dönüşü Ermənistanı qəzəbləndirib. Ermənistan Macarıstanla diplomatik münasibətlərini dayandırmağı qərara alıb. Bu haqda Ermənistan prezidenti Serj Sarqsyan təcili keçiridiyi müşavirədə bəyan edib.

“Mən rəsmi olaraq bəyan edirəm ki, biz bu gün Macarıstanla bütün diplomatik və rəmsi münasibətlərimizi dayandırırqıq”-deyə Sarqsyan bildirib.

Ermənistanla Macarıstanın arası Azərbaycan bayrağını təhriq etdiyinə görə erməni Qurgen Markaryanı öldürərək Budapeşt məhkəməsi tərəfindən ömürlük həbsə məhküm edilmiş azərbaycanlı zabit Ramil Səfərovun ölkəmizə ekstradisiya olunduğundan sonra pozulub.

Bu arada türkdili erməni sayti ermenihaber.am saytı da “Ədalət yerini tutmadı”” başlıqlı yazısı ilə Ramil Səfərovun azad olunmasından yazıb.

Törpaqlarının 20 faizi işğal olunan Azərbaycana qarşı bir zabitinin ölümünə görə verilən cəzanın ədalətsizliyini yayan və hiddətlənən Ermənistan bir də tarixdə bənzəri olmayan etdikləri ədalətsizliklərə baxsınlar.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir