ELEGİYA
Ömür gün yoldaşım Fatma xanımın əziz xatirəsinə ithaf edirəm


Nurlana Həşimovanın hekayəsi əsasında Ruhəngiz Hacıyevanın ssenariləşdirdiyi “Qaşıq” filmində hadisələr Azərbaycanın bir kəndində cərəyan edir. Filmin quruluşçu rejissoru Müşfiq Balayevdir.

Bu gündən dünənə uzanan keçmişin bir parçası əks olunan “Qaşıq” adlı qısametrajli bədii filmdə müharibə adlı kabusun insanları bir qaşıq ümidə həsrət qoyduğundan söz açılır.

“Neçə illər ötüb gərəsən, amma sən o qaşıq səslərini unuda bilmirsən...” - Sonda filmin qəhrəmanı Musanın dilindən səslənən bu ifadə ilə müəllif səni başlanğıca götürür. Mənə elə gəlir ki, “Qaşıq” filminin kilid nöqtəsinə açarı burada axtarmaq lazımdır.

Müharibənin üstündən əsrin 3-də biri qədər zaman keçib. Amma onun yaşatdığı vəhşət hələ də yuxularda bizi təqib edir, yaxamızı buraxmır...


Alman façizminə, rasizmə qarşı birgə savaşdığımız müharibənin çoxmillətli sövet ailələrində açdığı yaralar hələ də qapanmayıb. Lakin birgə-bərabərliyin hökm sürdüyü sovet cəmiyyətində -iki uşağın timsalında müəllif bu bərabərliyi pozur. Buna misal ilk baxışdan gözə çarpan uşaqların birinin arıq və digərinin kök olmasıdır. Və ocağında xaşıl bişən ananın “yeməyini yeməyə gəl” çağırışı ilə digər ananın buna susması həmin fikri təsdiqləyir. Müəllifin tamaşaçıya verdiyi mesaj budur.

Qaşıq. Bir evdə-həm də xaşıl olan evdə qaşığın olmaması inandırıcı deyil. Fikrimcə müəllif bilərəkdən tamaşaçının diqqətini istər-istəməz qaşığı bəhanə edib Musaya xaşıl vermək istəməyən Məsmə xalaya yönəldir..

Bəli. Müharibədə hər kəs – necə deyərlər süddən çıxan ağ qaşıq olmayıb. Aralarında Məsmə kimiləri də vardı-deyə razılaşmaq istəsən də...

Burda məntiq pozulur, məncə. Azərbaycan qadını, anasının, daha da irəli getsək, bir tikə loxmasını qonşusuyla, dostu ilə bölməyə tərəddüd etməyən bizi-mənəvi dəyərlərimizi ağır töhmət altında buraxmağa müəllifi vadar edın nədir? Nə demək istəyir?

Azərbaycanlı olaraq müharibənin kimsəsiz buraxdığı başqa millətlərin uşaqlarına sahib çıxan analarımıza qarşı - Məsmənin qoyulması hiddət doğurandır. Yenə beynini bir müəmma qurcalayır. Əcəba Məsmə bizimki deyilmi?

Filmin rejissor isə işi o dövrü əks etdirməsi baxımından uğurlu alınıb. Bizə sovet kinomotoqrafiya məktəbini xatırladır. Rüstəm İbrahimbəyov, Rasim Ocaqov məktəbinin izi görünür. Təbii ki, Gəncə məktəbinin Adil İsgəndərov, Mehdi Məmmədov, Əllədin Abbasov kimi kino karifeylərini də xatırlamaq yerinə düşəndir.

Filmin rejissoru Müşfiq Balayevin bir müddət Rusiyada fəaliyyətini də nəzərə alsaq bu professionallığı naxışlayan cizgilər aydın olur.

Azərbaycanın qərb paytaxtı Gəncə yaxınlığında bir kənd, yay fəsli , bir tərəf daşlıq, digəri saralmış susuz zəmi və tənha uşaq-remarkaya söz yox. Müharibənin yaşatdıqlarını təzadlarla əks etdirən kadrlar sanki sözü sıxışdırır, “səssiz film” təəssüratı yaradır. Personajları dilləndirmədən televiziyanın səsini qısıb filmə səssiz baxsan bir şey qaşırmazsan. Personajlar arasında keçən dialoqları təxmin edə, onların yerinə danışa bilərsən. Yəni bu qədər, amma bəsit deyil.

Olmuş həyat hekayəsi əsasında çəkilən filmdə bütöv bir tarixə baxış, bir nəslin faciəsi yaşanır. Bu əslində obyektivin kiçik pəncərəsindən geniş dünyaya açılmaq istəyinin haqqını verib- deməkdir.

Ssenari qısa mətnində müharibə leksikonu üçün xarakterik olan bütün kəlmələr bu kiçik sənədli-bədii parçada tamlığı ilə əksini tapıb. “Güllə”, “qara kağız”, “ölüm”, “aclıq”, “solğun, miskin həyat...” Bir-birinin ardınca sıralanan kadrlarda bu kabusun vəhşətləri iki uşağın, iki ailənin timsalında – rəngiz şəkildə gözümüz önündə sərgilənir. Bu tabloda yayın günəşi belə həyatın bənizini soldurub ...

Müəllif qanlı-qadalı müharibənin gətirdiyi səfalət, ölüm adlı gerçəklyin fonunda tənha xarabazar evdə uşaqlığı yeyilmiş yaşlı Musanın yaddaşından o illərin silinməməsinin səbəbini tamaşaçının ixtiyarına verir. Bu tipli sonluqlar dünya kinosu təcrübəsində var və düşündürücüdür.

Müharibənin qaşıq səsindəki əsk-sədası bizi hara götürür? Sovetlər dönəmində savaşdığın müharibədə verdiyin itkilərin əvəzində xoşbəxt, firavan həyata qovuşmamaq ümidsizliyinəmi? Yoxsa hər yerə basdırıan gülləylə bir ümidin gömülməsinəmi?

Musa niyə “gedim qaşıq gətirim” - deyil, “Mən qaşıq taparam” deyir. Çünki itirdiyin yerdə hər zaman bir tapmaq ümidi var...

Tünzalə Vəliqızı
Moskva
Rusiya diplomatlarını ABŞ-da hədələməyə başlayıblar
Rusiyanın Talibanı maliyyələşdirib Amerika əsgərlərini Əfqanıstanda öldürməyə çağıran xəbər rus diplomatik korpusu heyətinin həyatını təhlükəyə soxub.

Nyu-York Tayms qəzeti guya ki, Rusiyanın Əfqanıstan yaraqlılarını maliyyyələşdirdiyi xəbər verib. Bundan Vaşinqtondakı sonra ruisyalı diplomatlaırn ünvanına hədələr yaşmağa başlayıb.

AFAQ ŞIXLI -- ANASIZ GÜNLƏRİMİN ŞEİRLƏRİ
ANAMA

[i]Ana, neçə gündür sənsiz qalmışam...
O dünya sənlidir, bu dünya sənsiz.
Səndən olan gündən səndən olmuşam,
Bilməm səninləyəm bu gün, ya sənsiz...
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimizBu günlərdə həkimlər haqqında nə qədər pafoslu danışsan azdır. Onların çalışdığı bugünkü şəraiti müharibə dövrünün səhra hospitallarındakı ilə eyniləşdirmək olar... Həm xilas etmək, həm də özünü qorumaq məcburiyyətindədirlər. Moskvada COVİD-19-un “Qırmızı zona”ında çalışmaq onun kimi.

V.P. Demixov adına şəhər klinik xəstəxanasının həkimi ginekoloq Aysel Əhmədova tam 2 ay- “Qırmızı zona”da xəstəxanalarda çarpayı çatışmayan vaxtda o “cəhənnəmi” anladan yerin” içində olub.
KƏNAN HƏMZƏOĞLU  KULİS.AZ saytına   ETİRAZ ETDİ
FƏTƏLİ XAN XOYSKİ ERNƏNİLƏRƏ GÖRƏ GÖRƏ KÜÇƏDƏ KÜÇƏDƏ GÜLLƏLƏNƏN BAŞ NAZİRDİR, BİZƏ GÖRƏ İSƏ ŞƏHİDDİR!

Tarixi şəxsiyyətlərimizi təqdim və təbliğ edərkən bu mövqedən yanaşmaq lazımdır...
"Zenit"in forvardı Dzyubanı "Tottenxem" almaq istəyir

"Zenit" futbol klubunun oyunçusu Artyom Dzyubanı Joze Maurinyo almaq üçün Stanislav Çerçesova zəng edib. Bu barədə Rusiya yığmasının baş məşqçisi Çerçesovun vəkili Alan Aquzarov xəbər verib.

Vəkil Alan Aquzarov Sport-Ekspress-ə müsahibəsində London "Tettenxem"inin portuqaliyalı baş məşqçisi Joze Maurinyonun Çerçesova zən etdiyini söyləyib. Söhbətin mövzusu "Zenit"in forvardı Artyom Dzyuba olub.
Suriyada Rusiya  polis patrul zirehli maşınını partlatmaq istədilər

Suriyanın şimalında Rusiya hərbi polis- patrul xidmətinə məxsus zirehli avtomobilin yolunda partlayıcı qurğu partlayıb. Ölən və yaralanan yoxdur. Çərşənbə axşamı - İyunun 9-da bu xəbər Suriya tərəfində olan Rusiya barışıq mərkəzindən verilib.
Rusiya XİN : Liviyada  "Vagner" muzdlularının olması xəbəri yalandır
ABŞ Dövlət departamentinin Liviyada özəl hərbi şirkət olan "Vagner' döyüşçülərinin olması iddiası ilə əlaqədar açıqlamaları saxta məlumatlara əsaslanır. Bunu Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Misirin "Al Ahram" qəzetinə müsahibəsində söyləyib.


Boqdanov qeyd edib ki, bu iddialar general Xəlifə Haftarın əleyhdarlarını dəstəkləyən şübhəli mənbələrə əsaslanır. "Liviyada döyüşdüyü iddia edilən insanlar əslində ölkəmizdən kənara çıxmayıblar" -deyib.

Xatırladaq ki, iyun ayında Türkiyənin Anadolu agentliyi ÇVK "Vaqner"in Liviyada olduğu iddia edildi. Nəşr hərbi şirkətdən olan iki Rusiya vətəndaşının koronavirus xəstəliyinə tutulduğunu yazırdı. Lakin sonradan bunun doğruluğunu təsdiqləyən dəlil göstərilmədi.


YENİSES.RU
Rusiyada işə götürəndə üstünlük  öz vətəndaşlarına veriləcək

Rusiyalı işverənlərə işçi qəbul edəndə- əvvəl evin içi, elə sonra da evin içi - deyirlər. Ucuz işçi qüvvəsi sayılan miqrantlar isə istəyir getsin, istəyir qalsın...
Aktyor Mixayıl Yefremovun törətdiyi avtoqəzada  yaralanan sürücü  ölüb

Ötən gün -İyunun 8-də gecə saatlarında tanınmış aktyor Mixayıl Yefremovun törətdiyi avtomobil qəzasında xəsarət alan digər maşının sürücüsü aparıldığı xəstəxanada keçinib.

Mixayıl Yefremovun qarşı yola çıxaraq vurdu mikroavtobusun sürücüsü çoxsaylı zədə ilə Sklifosovski adına xəstəxanaya çatdırılıb. Həkimlər bütün gecəni onun həyatını xilas etməyə çalışsalar da bu mümkün olmayıb. başından və köks qəfəsindən çoxsaylı zədə alan sürücünun iç orqanlarının qanaxmasını dayandıra bilməyiblər. getdikcə orqanlarının hamısı həyati funksiyasını itirib və yaralı vəfat edib. Bu barədə Sklifosovski adına xəstəxanadan məlumat veriblər.
Xaricdən gələn bağlamaların çatdırılması gecikdirilir-səbəb?
Ruslar Federal Gömrük xidmətinin (FGX) yeni qaydalarnın poçtla göndərilən bağlamaların çatdırılama müddətinin uzadılmasına təsir etdiyindən şikayətləniblər.

Espress -çatdırma xidmətinin müştəriləri bəyan ediblər ki, xaricdən göndərilən bağlamalar əvvəlki vaxtlara nisbətən gecikməyə başlayıb. Bu haqda RBK.ru saytı sosial şəbəkə istifadəçilərinin yazdıqlarına istinadən məlumat verib.
Yeni rubrika: DÜNƏN OXUDUM
Əziz dostlar! Yəqin “dünən”in şərti olduğunu hamınız anladınız. Kitab oxumağın dəbdən düşdüyü bu qaçaqaçlı (evdə otura-otura necə qaçaqaçlı olursa o da bir ayrı məsələ) zamanda yaxın və uzaq keçmişimizdə cəmiyyətin ən vacib məsələlərini bədii dillə ifadə etmiş həmvətənlərimizin fikirlərini bir də yada salmağın faydalı olduğunu düşünərək belə qərara gəldik. Deyirlər cəmiyyət daim inkişafdadır. Etirazımız yoxdur. Fəqət ədiblərimizin yüz il bundan əvvəl dedikləri bir çox fikirlərə qulaq asanda adama elə gəlir ki, bi inkişafın qatarı hardasa bizim yanımızdan keçib, bizi də qatara mindirmək yadından çıxıb. Yeni rubrikanı dahi Üzeyir Hacıbəylinin felyetonu ilə başlamaq qərarına gəldik.

Cəfər Sadıq
TƏRS KÖŞƏ...
Coronovirus illətindən dolayı iki günlük izolyasiya və ərzaq dükanında çörək basabası sosial şəbəkələrdə və ictimaiyyətin qınaq obyektinə çevrildi. Hələ də davam etməkdədəir. Önyarqıların da ən başında bizim millətin, xalqın növbə mədəniyyətsizliyi, paylaşmaq duyğusundam məhrum tərəfləri öncəlik təşkil edir. Mən də sözün düzü ilk olaraq önyarqılarımdan sıyrıla blməmişdim ilk bu videonu izlədiyimdə. Hətta yaponlara belə həsəd aparmışdım güclü sunami zəlzələsi nəticəsində onların göstərdiyi yüksək paylaşım və mədəni davranış tərzlərinə.
O DÜNYA-HƏR KƏSİN ÖZ DÜNYASIDIR!

AFAQ ŞIXLI

O dünya - hər kəsin öz dünyasıdır!

Daha maraqlıdır o dünya mənə!
Orada atam var, anam var mənim.
Orada üzünü görə bilməyib,
Sevə bilmədiyim balam var mənim.

Orada şıx babam, vəfalı nənəm,
Nəslimdən, soyumdan neçə igid var.
Orada bu yurdu vətən eyləyən,
Minlərlə, canından keçən şəhid var.

Orada kimsəni əzməz ki, dövran,
O, gözüdönmüşlər dünyası deyil.
Mənsəbə sığınan, pula tutunan,
Diriykən ölmüşlər dünyası deyil!

Yamana – cəhənnəm, yaxşıya – cənnət,
Həqiqət, ədalət, düz dünyasıdır!
Nə qərib yox orda, nə də ki, qürbət,
O dünya - hər kəsin öz dünyasıdır!



05.06.2020
M Ü Ş F İ Q...
Bu gün Azərbaycan ədəbiyyatının ən nakam və ən çox sevilən şairi Mikayıl Müşfiqin doğum gündür.

Hüseyin Cavid demişkən: - " Müşfiq bir oddur ki, öz-özünü yandıracaq..."

Müşfiq bütün mənalarda od idi,kişilikdə,dosta əhdə vəfada,ləyaqətdə hər şeydə,hər şeydə.Onun H.Cavidə vəfası bir ləyaqət,gözəl əxlaq nümunəsidir.Aşağıdakı xatirə qanınızı donduracaq həyəcandan...

Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfqi öz yanına çağırıb demişdi ki,artıq biz Hüseyn Cavidi itiririk,onu həbs eliyəcəklər,sən onun əleyhinə bir iki yazı yaz səni repressiyadan qurtara bilərik.O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir:“ Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.

Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı.

Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var.

Birdə M.Müşfiqin " Tərtərhes nəğmələri"ndən aşağıdakı misraları paylaşıram:

Bu nə yoldur, daşnaq yolu…
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.
O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,
Bir tapdadı, bir doğradı.
Orda dəhşət , burda vəhşət,
Əlində baş, dişində ət,
Tanırsınız o cəlladı.
Nə bağ qaldı, nə də bağban…
Qurşun, ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı…


MÜHÜM QEYD.Bu əsərdə ilkin variant " Tanırsınız o cəlladı" olub.Müşfiq burada yüzlərə türkün qanını axıdan erməni qatil Andronik Ozanyanı nəzərdə tutaraq yazıb.Amma Sovet senzurası "cəlladı" sözünü " müsavat"la dəyişdirib ki bu da misraların ruhuna uyğun gəlmir.Çünki dərindən diqqət yetirsəniz görərsiniz ki misralarda şəxsdən,ermənilərin "dənizlərdən dənizlərə" utopiyasından bəhs olunur," Müsavat" partiyasından deyi.
Mərhum gözəl şairimiz Rəfiq Zəka Xəndan da bunun belə olduğunu xatirələrində də vurğulayıb.
Nur içində yat Mikayıl Müşfiq!

Məhəmməd İsrafiloğlu
05.06.2020
Фильм бакинца Исмаила Меликова признан победителем в одной из номинаций в США
Решением жюри 3-го Международного Юго-Восточного регионального кинофестиваля (Southeast Regional Film Festival, Джексонвилль, Флорида, США) короткометражный фильм "UP" ("Свыше", оригинальное название дается на английском языке) бакинца Исмаила Меликова признан сегодня победителем в номинации "Лучший экспериментальный фильм и виртуальная реальность". Исмаил является режиссером, продюсером фильма, а также художником по спецэффектам.
MEYDAN TÜLKÜ MEYDANIDI...
İslam Türkay

Meydan tülkü meydanıdı...


[i]Zəmanə bəd gəldi ,lələ,
Meydan tülkü meydanıdı.
Ömrüm yanıb döndü külə,
Meydan tülkü meydanıdı...

Mübariz İbrahimovdan bəhs edən serialın müəllifi danışdı
“Mübarizə heyran oldum”

“TRT 1”də yayımlanan “Sakarya-Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsinə yer veilməsi bu gün Azərbaycanda yazılı və sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.

Serialın martın 27-də yayımlanan bölümündə Mübariz İbrahimovun kimliyindən, necə şəhid olmasından bəhs edilib və “Mübarizi unutmayın” çağırışı əksini tapıb. Eyni zamanda serialın sözügedən bölümünün sonunda Mübariz İbrahimovun fotosu Türk şəhidlərinin fotolarının asıldığı lövhəyə yapışdırılıb.
Mirəşrəf Fətiyev İlhamə Quliyevanı məhkəməyə verəcək?
Başını qalmaqala salan İlhamə Quliyevaya bir zərbə də Dünya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fətiyevdən gəldi.

İlhamə Quliyevanın rusiyalı işadamı, diaspora rəhbəri Hacı Mirəşərf Fətiyevə 35 min dollar borcu olduğu haqqında xəbərə aydınlıq gətirmək üçün onunla əlaqə saxladıq.
“Azərros” RATİ ilə birgə təntənəli  “Novruz” şənliyi keçirtdi
Xalqımızın milli bayramı Novruz mart ayının 21-22-nə təsadüf etsə də, onun qeyd edilməsi tədbirləri Moskvada Azərbaycan diasporlarımız tərəfindən davam edir. Bu sıradan olan novbəti “Novruz”u qeyd etmə mərasimi Moskvanın ən möhtəşəm şadlıq saraylarından biri olan “Safisa”da keçirildi.

“Azərros”un RATİ ilə birgə təşkil etdiyi tədbirə Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarımız, ictimai birliklərimizin nümayəndələri ilə yanaşı, digər millətlərin də diaspor təşkiatlarının nümayəndələri, yüksək səviyyəli qonaqlar dəvət edilmişdi.
Manana Caparidze Moskvada azərbaycanlıların "Novruz" şənliyində iştirak etdi
Azərbaycanın əməkdar artusti Manana Caparidze “Azərros”un təşkil etdiyi bayram konsertində iştirak etdi. Moskvanın mohtəşəm restoranlarndan biri olan “Safisa”da keçirilən Novruz bayramına Bakıdan xüsusi dəvət alan müğənni rusiyalı azərbaycanlıların, rusların və digər dövlətlərin diaspor təşkilatının iştirak etdiyi məclisdə Azərbaycan, gürcü və rus dillərində mahnılar oxuyaraq bayramı birgə qarşılayan millətlərə “Novruz” bərabərliyi, əmin-amanlığı arzuladı.
Şairə Afaq Şıxlının ailəsində üç yubiley qeyd edildi
Moskvada yaşayan tanınmış şairə, Rusiya və Avrasiya Yazıçılar birliyinin üzvü Afaq Şıxlının ailəsində bu bahar bayramında bir neçə əlamətdar gün yaşanıb.
Milli bayramımız olan Novruzun qeyd olunduğu günlər şairə xanım üçün bir də ona görə unudulmaz və əlamətdardır ki, onun ailəsinin təməli bu ayda qoyulub, anası, oğlu və həyat yoldaşı bu ayda dünyaya gəlib.
Bu ilin martı isə ailənin 3 yubileyinə təsadüf edib.
Mən intihar etməyəcəyəm!
“Əsgərliyə gedəcəksən?”, “Atan səni yəqin Bakıya, ya da Ağcabədiyə saldırar. Rahat keçər hərbi xidmətin, hə?” Mənim anam milliyətçi insandır. Əvvəllər mən dinməmiş özü bu suallara qəti cavab verərdi: “Mənim oğlum, əlbəttə, əsgər olacaq. Mən dünyaya qız gətirməmişəm ki, evimin içində saxlayım. Nə bilim, ya da hansısa rayona qohumlarının yanına kef çəkməyə göndərim. Olmaz.”
Ekstrasens Zirəddin Rzayevin qızı Aydan Rzayeva Rusiya televiziyasının 1-ci kanalında
Tanınmış aparıcı Gennadi Malaxovun Rusiya televiziyasının 1-ci kanalında efirə gedən populyar “Dobroqo zdorovitsa” (“Sağlam olun!”) proqramının “Moy rebyenok ekstrasens” (“Mənim uşağım ekstrasensdir”) mövzusuna həsr olunmuş bu günkü verilişində azərbaycanlı Aydan Rzayeva çıxış edib.
Novruz bayramı  Moskvada keçirildi  (FOTOLAR)
Moskvadakı “Şəhriyar” adına mədəni-ədəbi cəmiyyəti “Novruz” bayramıyla bağlı təntənəli tədbir keçirdi. Moskvanın azərbaycanlılara məxsus “Orxideya M” restoranında keçirilən bayram şənliyini aparıcılar- “Dərviş” teatrının artisti Şirzad Pirallahi və 157 saylı Azərbaycan məktəbinin müəllimi Sevil İsmayılova açaraq bütün iştirakçıları bahar təravətli, günəş hərarətli ifadələrlə salamladılar.
Depardye gəzəcəyi yerlər sırasında Azərbaycanın da adını çəkdi
Jerar Depardye Rusiyaya məhəbbətini idni də Belçikadan ifadə edib. Belçikanın “Notele” yerli telekanalında çıxış edən artist tamaşaçıların qarşısına jiletdə və Rusiya gerbi ilə çıxıb. O, Fransadan niyə ayrıldığından danışıb.

Zirəddin  Rzayev  fəxri doktordan  fəxri professora  yüksəldi (Eksklüziv)
Zirəddin Rzayev Avropa Səhiyyə Asossasiyasının fəxri professoru seçildi.[/b]

Bir müddət əvvəl İtaliyanının Prodeo universitetinin fəxri doktoru adını almış Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev indi də Avropa Səhiyyə Asossiasiyasının fəxri professoru seçildi.
Əks mövqe: Bizə ismarıc
Görünməyən simamız

Sanırdım həyatda məni artıq heç nə təəccübləndirə bilməz. Amma... Yaxın keçmiş mənə bir çox dəhşətləri göstərdi. Yaşadığım və gördüyüm dəhşət deyiləcək dəyərində olan olayları qələmə aldım.
«Sprut»  serialının  rejissoru  Damiano Damiani  vəfat edib
İtaliya serialı Sprut” –un yaradıcısı və rejissoru Damiano Daminai 90 yaşında Romada vəfat edib. Yaxınlarının bildridiyinə görə onun ölməsinə səbəb nəfəs çatışmamazlığı olub.
Yüzüncü  8 Martmı?
Tarixi statusu-Qadının əməyinin istismar olunmasına qarşı etiraz etməsi!

O gün “Boş qazanlar” tətili adlandırılan yürüşdə qadınıar Nyu-York küçələrinə axışaraq iş saatının azaldılması, əmək haqqının artırlmasını tələb etdilər. Bu 1857-ci ilin 8 Mart günü idi.
Sankt-Peterburqda  toyqabağı gəlini qaçırtmaq üstündə azərbaycanlılar dava edib
Bu haqda Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan məlumat veriblər. Diplamatlar onu da qeyd edirlər ki, bu milli-adət ənənədən irəli gələndir. Niyə bu böyük konfliktə səbəb olub-indi o, araşdırılır.

Yenises.ru-nun Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə bu gün axşam 30 yaxın adam məsələni aydınlaşdırmaq üçün “Çistıye prudı” kafesində toplaşıblar. Bir az sonra hadisə yerində travmatik tapança, beysbol dəyənəyi, bıçaq tapılıb. Münaqişə nəticəsində 5 nəfər xəsarət alıb.
Fridrix Neznanski vəfat edib
Rus yazıçısı və publisisti Fridrix Neznanski ömrünün 80 yaşında Almaniyada vəfat eidb. Fridrix Neznanski Eduard Topolla birgə yazdığı “Brejnev uçun jurnalsit” və “Qizil Meydan” romanları ilə məşhurlaşıb.

Yazıçının vəfatı ilə bağlı KİV-ə onun ailəsi məlumat verib.

Rusiya ordusu  “İsveç stolu”  yemək sisteminə  keçir
Daha "kaşa" yemək məcburiyyəti olmayacaq, dğşəməni tozsovuranla təmizləyəcək, ümumi hamam yox, duş kabinələri, hətta "çayxana" da olacaq. Bir sözlə- rus ordusunda xidmət edənlər "kef edəcəklər".

Rusiya hərbi xidmətçiləri bu il yeni “İsveç stolu” yemək sisteminə keçməyə hazırlaşır. Bu haqda ümumi ordunun 20-ci qvardiyasının general-mayoru Aleksandr Lapin xəbər verib.

“Hərbi qulluqçuların yemək sistemi inkişaf edir, bu ilin mart ayında iki briqadanın xüsusi tərkibi tam yeni-“İsveç stolu” tipli yemək sisteminə keçəcək”-deyə o, “Exo Moskvı” radiostansiyasının efirindən bəyan edib.
Sergey Udaltsov ev dustağı oldu
Udaltsovun internetini kəsib, telefonunu bağladılar. Meydanda danişmaq limitini doldurdun, indi bir az evdə otur və sus, aranı da qarışdırma!!! Moskva məhkəməsi muxalifətçiyə belə cəza verdi.
O evdə internetsiz və telefonsuz oturacaq.

Moskvanın Basmannı məhkəməsi “Levıy front”un (“Sol cəbhə”) koordinatoru Sergey Udaltsovdan yaaılı izahat alaraq seçdiyi ev dustaqlığı qəti-imkan tədbirində dəyişiklik edib. O 6 ay ərzində cəmiyyətədn təcrid edilib.
Rusiyada 16 yaşında  maşın sürməyə icazə verilə bilər
Rusiyalı ekspertlər 16 yaşından sürücülük vəsiqəsinin verilməsi ideyası ilə çıxış ediblər. Bu ideya Almaniyadan gəlir, orada sükan arxasında oturmağa 16 yaşından icazə verilir. Lakin həddi-buluğa çatana kimi gənc sürücünü valideyni müşaiyət etməlidir.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru