ELEGİYA
Ömür gün yoldaşım Fatma xanımın əziz xatirəsinə ithaf edirəm


Nurlana Həşimovanın hekayəsi əsasında Ruhəngiz Hacıyevanın ssenariləşdirdiyi “Qaşıq” filmində hadisələr Azərbaycanın bir kəndində cərəyan edir. Filmin quruluşçu rejissoru Müşfiq Balayevdir.

Bu gündən dünənə uzanan keçmişin bir parçası əks olunan “Qaşıq” adlı qısametrajli bədii filmdə müharibə adlı kabusun insanları bir qaşıq ümidə həsrət qoyduğundan söz açılır.

“Neçə illər ötüb gərəsən, amma sən o qaşıq səslərini unuda bilmirsən...” - Sonda filmin qəhrəmanı Musanın dilindən səslənən bu ifadə ilə müəllif səni başlanğıca götürür. Mənə elə gəlir ki, “Qaşıq” filminin kilid nöqtəsinə açarı burada axtarmaq lazımdır.

Müharibənin üstündən əsrin 3-də biri qədər zaman keçib. Amma onun yaşatdığı vəhşət hələ də yuxularda bizi təqib edir, yaxamızı buraxmır...


Alman façizminə, rasizmə qarşı birgə savaşdığımız müharibənin çoxmillətli sövet ailələrində açdığı yaralar hələ də qapanmayıb. Lakin birgə-bərabərliyin hökm sürdüyü sovet cəmiyyətində -iki uşağın timsalında müəllif bu bərabərliyi pozur. Buna misal ilk baxışdan gözə çarpan uşaqların birinin arıq və digərinin kök olmasıdır. Və ocağında xaşıl bişən ananın “yeməyini yeməyə gəl” çağırışı ilə digər ananın buna susması həmin fikri təsdiqləyir. Müəllifin tamaşaçıya verdiyi mesaj budur.

Qaşıq. Bir evdə-həm də xaşıl olan evdə qaşığın olmaması inandırıcı deyil. Fikrimcə müəllif bilərəkdən tamaşaçının diqqətini istər-istəməz qaşığı bəhanə edib Musaya xaşıl vermək istəməyən Məsmə xalaya yönəldir..

Bəli. Müharibədə hər kəs – necə deyərlər süddən çıxan ağ qaşıq olmayıb. Aralarında Məsmə kimiləri də vardı-deyə razılaşmaq istəsən də...

Burda məntiq pozulur, məncə. Azərbaycan qadını, anasının, daha da irəli getsək, bir tikə loxmasını qonşusuyla, dostu ilə bölməyə tərəddüd etməyən bizi-mənəvi dəyərlərimizi ağır töhmət altında buraxmağa müəllifi vadar edın nədir? Nə demək istəyir?

Azərbaycanlı olaraq müharibənin kimsəsiz buraxdığı başqa millətlərin uşaqlarına sahib çıxan analarımıza qarşı - Məsmənin qoyulması hiddət doğurandır. Yenə beynini bir müəmma qurcalayır. Əcəba Məsmə bizimki deyilmi?

Filmin rejissor isə işi o dövrü əks etdirməsi baxımından uğurlu alınıb. Bizə sovet kinomotoqrafiya məktəbini xatırladır. Rüstəm İbrahimbəyov, Rasim Ocaqov məktəbinin izi görünür. Təbii ki, Gəncə məktəbinin Adil İsgəndərov, Mehdi Məmmədov, Əllədin Abbasov kimi kino karifeylərini də xatırlamaq yerinə düşəndir.

Filmin rejissoru Müşfiq Balayevin bir müddət Rusiyada fəaliyyətini də nəzərə alsaq bu professionallığı naxışlayan cizgilər aydın olur.

Azərbaycanın qərb paytaxtı Gəncə yaxınlığında bir kənd, yay fəsli , bir tərəf daşlıq, digəri saralmış susuz zəmi və tənha uşaq-remarkaya söz yox. Müharibənin yaşatdıqlarını təzadlarla əks etdirən kadrlar sanki sözü sıxışdırır, “səssiz film” təəssüratı yaradır. Personajları dilləndirmədən televiziyanın səsini qısıb filmə səssiz baxsan bir şey qaşırmazsan. Personajlar arasında keçən dialoqları təxmin edə, onların yerinə danışa bilərsən. Yəni bu qədər, amma bəsit deyil.

Olmuş həyat hekayəsi əsasında çəkilən filmdə bütöv bir tarixə baxış, bir nəslin faciəsi yaşanır. Bu əslində obyektivin kiçik pəncərəsindən geniş dünyaya açılmaq istəyinin haqqını verib- deməkdir.

Ssenari qısa mətnində müharibə leksikonu üçün xarakterik olan bütün kəlmələr bu kiçik sənədli-bədii parçada tamlığı ilə əksini tapıb. “Güllə”, “qara kağız”, “ölüm”, “aclıq”, “solğun, miskin həyat...” Bir-birinin ardınca sıralanan kadrlarda bu kabusun vəhşətləri iki uşağın, iki ailənin timsalında – rəngiz şəkildə gözümüz önündə sərgilənir. Bu tabloda yayın günəşi belə həyatın bənizini soldurub ...

Müəllif qanlı-qadalı müharibənin gətirdiyi səfalət, ölüm adlı gerçəklyin fonunda tənha xarabazar evdə uşaqlığı yeyilmiş yaşlı Musanın yaddaşından o illərin silinməməsinin səbəbini tamaşaçının ixtiyarına verir. Bu tipli sonluqlar dünya kinosu təcrübəsində var və düşündürücüdür.

Müharibənin qaşıq səsindəki əsk-sədası bizi hara götürür? Sovetlər dönəmində savaşdığın müharibədə verdiyin itkilərin əvəzində xoşbəxt, firavan həyata qovuşmamaq ümidsizliyinəmi? Yoxsa hər yerə basdırıan gülləylə bir ümidin gömülməsinəmi?

Musa niyə “gedim qaşıq gətirim” - deyil, “Mən qaşıq taparam” deyir. Çünki itirdiyin yerdə hər zaman bir tapmaq ümidi var...

Tünzalə Vəliqızı
Moskva
Rusiya diplomatlarını ABŞ-da hədələməyə başlayıblar
Rusiyanın Talibanı maliyyələşdirib Amerika əsgərlərini Əfqanıstanda öldürməyə çağıran xəbər rus diplomatik korpusu heyətinin həyatını təhlükəyə soxub.

Nyu-York Tayms qəzeti guya ki, Rusiyanın Əfqanıstan yaraqlılarını maliyyyələşdirdiyi xəbər verib. Bundan Vaşinqtondakı sonra ruisyalı diplomatlaırn ünvanına hədələr yaşmağa başlayıb.

AFAQ ŞIXLI -- ANASIZ GÜNLƏRİMİN ŞEİRLƏRİ
ANAMA

[i]Ana, neçə gündür sənsiz qalmışam...
O dünya sənlidir, bu dünya sənsiz.
Səndən olan gündən səndən olmuşam,
Bilməm səninləyəm bu gün, ya sənsiz...
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimizBu günlərdə həkimlər haqqında nə qədər pafoslu danışsan azdır. Onların çalışdığı bugünkü şəraiti müharibə dövrünün səhra hospitallarındakı ilə eyniləşdirmək olar... Həm xilas etmək, həm də özünü qorumaq məcburiyyətindədirlər. Moskvada COVİD-19-un “Qırmızı zona”ında çalışmaq onun kimi.

V.P. Demixov adına şəhər klinik xəstəxanasının həkimi ginekoloq Aysel Əhmədova tam 2 ay- “Qırmızı zona”da xəstəxanalarda çarpayı çatışmayan vaxtda o “cəhənnəmi” anladan yerin” içində olub.
KƏNAN HƏMZƏOĞLU  KULİS.AZ saytına   ETİRAZ ETDİ
FƏTƏLİ XAN XOYSKİ ERNƏNİLƏRƏ GÖRƏ GÖRƏ KÜÇƏDƏ KÜÇƏDƏ GÜLLƏLƏNƏN BAŞ NAZİRDİR, BİZƏ GÖRƏ İSƏ ŞƏHİDDİR!

Tarixi şəxsiyyətlərimizi təqdim və təbliğ edərkən bu mövqedən yanaşmaq lazımdır...
"Zenit"in forvardı Dzyubanı "Tottenxem" almaq istəyir

"Zenit" futbol klubunun oyunçusu Artyom Dzyubanı Joze Maurinyo almaq üçün Stanislav Çerçesova zəng edib. Bu barədə Rusiya yığmasının baş məşqçisi Çerçesovun vəkili Alan Aquzarov xəbər verib.

Vəkil Alan Aquzarov Sport-Ekspress-ə müsahibəsində London "Tettenxem"inin portuqaliyalı baş məşqçisi Joze Maurinyonun Çerçesova zən etdiyini söyləyib. Söhbətin mövzusu "Zenit"in forvardı Artyom Dzyuba olub.
Suriyada Rusiya  polis patrul zirehli maşınını partlatmaq istədilər

Suriyanın şimalında Rusiya hərbi polis- patrul xidmətinə məxsus zirehli avtomobilin yolunda partlayıcı qurğu partlayıb. Ölən və yaralanan yoxdur. Çərşənbə axşamı - İyunun 9-da bu xəbər Suriya tərəfində olan Rusiya barışıq mərkəzindən verilib.
Rusiya XİN : Liviyada  "Vagner" muzdlularının olması xəbəri yalandır
ABŞ Dövlət departamentinin Liviyada özəl hərbi şirkət olan "Vagner' döyüşçülərinin olması iddiası ilə əlaqədar açıqlamaları saxta məlumatlara əsaslanır. Bunu Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Misirin "Al Ahram" qəzetinə müsahibəsində söyləyib.


Boqdanov qeyd edib ki, bu iddialar general Xəlifə Haftarın əleyhdarlarını dəstəkləyən şübhəli mənbələrə əsaslanır. "Liviyada döyüşdüyü iddia edilən insanlar əslində ölkəmizdən kənara çıxmayıblar" -deyib.

Xatırladaq ki, iyun ayında Türkiyənin Anadolu agentliyi ÇVK "Vaqner"in Liviyada olduğu iddia edildi. Nəşr hərbi şirkətdən olan iki Rusiya vətəndaşının koronavirus xəstəliyinə tutulduğunu yazırdı. Lakin sonradan bunun doğruluğunu təsdiqləyən dəlil göstərilmədi.


YENİSES.RU
Rusiyada işə götürəndə üstünlük  öz vətəndaşlarına veriləcək

Rusiyalı işverənlərə işçi qəbul edəndə- əvvəl evin içi, elə sonra da evin içi - deyirlər. Ucuz işçi qüvvəsi sayılan miqrantlar isə istəyir getsin, istəyir qalsın...
Aktyor Mixayıl Yefremovun törətdiyi avtoqəzada  yaralanan sürücü  ölüb

Ötən gün -İyunun 8-də gecə saatlarında tanınmış aktyor Mixayıl Yefremovun törətdiyi avtomobil qəzasında xəsarət alan digər maşının sürücüsü aparıldığı xəstəxanada keçinib.

Mixayıl Yefremovun qarşı yola çıxaraq vurdu mikroavtobusun sürücüsü çoxsaylı zədə ilə Sklifosovski adına xəstəxanaya çatdırılıb. Həkimlər bütün gecəni onun həyatını xilas etməyə çalışsalar da bu mümkün olmayıb. başından və köks qəfəsindən çoxsaylı zədə alan sürücünun iç orqanlarının qanaxmasını dayandıra bilməyiblər. getdikcə orqanlarının hamısı həyati funksiyasını itirib və yaralı vəfat edib. Bu barədə Sklifosovski adına xəstəxanadan məlumat veriblər.
Xaricdən gələn bağlamaların çatdırılması gecikdirilir-səbəb?
Ruslar Federal Gömrük xidmətinin (FGX) yeni qaydalarnın poçtla göndərilən bağlamaların çatdırılama müddətinin uzadılmasına təsir etdiyindən şikayətləniblər.

Espress -çatdırma xidmətinin müştəriləri bəyan ediblər ki, xaricdən göndərilən bağlamalar əvvəlki vaxtlara nisbətən gecikməyə başlayıb. Bu haqda RBK.ru saytı sosial şəbəkə istifadəçilərinin yazdıqlarına istinadən məlumat verib.
Yeni rubrika: DÜNƏN OXUDUM
Əziz dostlar! Yəqin “dünən”in şərti olduğunu hamınız anladınız. Kitab oxumağın dəbdən düşdüyü bu qaçaqaçlı (evdə otura-otura necə qaçaqaçlı olursa o da bir ayrı məsələ) zamanda yaxın və uzaq keçmişimizdə cəmiyyətin ən vacib məsələlərini bədii dillə ifadə etmiş həmvətənlərimizin fikirlərini bir də yada salmağın faydalı olduğunu düşünərək belə qərara gəldik. Deyirlər cəmiyyət daim inkişafdadır. Etirazımız yoxdur. Fəqət ədiblərimizin yüz il bundan əvvəl dedikləri bir çox fikirlərə qulaq asanda adama elə gəlir ki, bi inkişafın qatarı hardasa bizim yanımızdan keçib, bizi də qatara mindirmək yadından çıxıb. Yeni rubrikanı dahi Üzeyir Hacıbəylinin felyetonu ilə başlamaq qərarına gəldik.

Cəfər Sadıq
TƏRS KÖŞƏ...
Coronovirus illətindən dolayı iki günlük izolyasiya və ərzaq dükanında çörək basabası sosial şəbəkələrdə və ictimaiyyətin qınaq obyektinə çevrildi. Hələ də davam etməkdədəir. Önyarqıların da ən başında bizim millətin, xalqın növbə mədəniyyətsizliyi, paylaşmaq duyğusundam məhrum tərəfləri öncəlik təşkil edir. Mən də sözün düzü ilk olaraq önyarqılarımdan sıyrıla blməmişdim ilk bu videonu izlədiyimdə. Hətta yaponlara belə həsəd aparmışdım güclü sunami zəlzələsi nəticəsində onların göstərdiyi yüksək paylaşım və mədəni davranış tərzlərinə.
O DÜNYA-HƏR KƏSİN ÖZ DÜNYASIDIR!

AFAQ ŞIXLI

O dünya - hər kəsin öz dünyasıdır!

Daha maraqlıdır o dünya mənə!
Orada atam var, anam var mənim.
Orada üzünü görə bilməyib,
Sevə bilmədiyim balam var mənim.

Orada şıx babam, vəfalı nənəm,
Nəslimdən, soyumdan neçə igid var.
Orada bu yurdu vətən eyləyən,
Minlərlə, canından keçən şəhid var.

Orada kimsəni əzməz ki, dövran,
O, gözüdönmüşlər dünyası deyil.
Mənsəbə sığınan, pula tutunan,
Diriykən ölmüşlər dünyası deyil!

Yamana – cəhənnəm, yaxşıya – cənnət,
Həqiqət, ədalət, düz dünyasıdır!
Nə qərib yox orda, nə də ki, qürbət,
O dünya - hər kəsin öz dünyasıdır!



05.06.2020
M Ü Ş F İ Q...
Bu gün Azərbaycan ədəbiyyatının ən nakam və ən çox sevilən şairi Mikayıl Müşfiqin doğum gündür.

Hüseyin Cavid demişkən: - " Müşfiq bir oddur ki, öz-özünü yandıracaq..."

Müşfiq bütün mənalarda od idi,kişilikdə,dosta əhdə vəfada,ləyaqətdə hər şeydə,hər şeydə.Onun H.Cavidə vəfası bir ləyaqət,gözəl əxlaq nümunəsidir.Aşağıdakı xatirə qanınızı donduracaq həyəcandan...

Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfqi öz yanına çağırıb demişdi ki,artıq biz Hüseyn Cavidi itiririk,onu həbs eliyəcəklər,sən onun əleyhinə bir iki yazı yaz səni repressiyadan qurtara bilərik.O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir:“ Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.

Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı.

Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var.

Birdə M.Müşfiqin " Tərtərhes nəğmələri"ndən aşağıdakı misraları paylaşıram:

Bu nə yoldur, daşnaq yolu…
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.
O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,
Bir tapdadı, bir doğradı.
Orda dəhşət , burda vəhşət,
Əlində baş, dişində ət,
Tanırsınız o cəlladı.
Nə bağ qaldı, nə də bağban…
Qurşun, ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı…


MÜHÜM QEYD.Bu əsərdə ilkin variant " Tanırsınız o cəlladı" olub.Müşfiq burada yüzlərə türkün qanını axıdan erməni qatil Andronik Ozanyanı nəzərdə tutaraq yazıb.Amma Sovet senzurası "cəlladı" sözünü " müsavat"la dəyişdirib ki bu da misraların ruhuna uyğun gəlmir.Çünki dərindən diqqət yetirsəniz görərsiniz ki misralarda şəxsdən,ermənilərin "dənizlərdən dənizlərə" utopiyasından bəhs olunur," Müsavat" partiyasından deyi.
Mərhum gözəl şairimiz Rəfiq Zəka Xəndan da bunun belə olduğunu xatirələrində də vurğulayıb.
Nur içində yat Mikayıl Müşfiq!

Məhəmməd İsrafiloğlu
05.06.2020
Фильм бакинца Исмаила Меликова признан победителем в одной из номинаций в США
Решением жюри 3-го Международного Юго-Восточного регионального кинофестиваля (Southeast Regional Film Festival, Джексонвилль, Флорида, США) короткометражный фильм "UP" ("Свыше", оригинальное название дается на английском языке) бакинца Исмаила Меликова признан сегодня победителем в номинации "Лучший экспериментальный фильм и виртуальная реальность". Исмаил является режиссером, продюсером фильма, а также художником по спецэффектам.
MEYDAN TÜLKÜ MEYDANIDI...
İslam Türkay

Meydan tülkü meydanıdı...


[i]Zəmanə bəd gəldi ,lələ,
Meydan tülkü meydanıdı.
Ömrüm yanıb döndü külə,
Meydan tülkü meydanıdı...

Rusiyalıların çoxu miqrantların qanunu  bilmədiklərini  düşünürlər
İctimai Rəq Fondunun apardığı sorğunun nəticələrinə görə rusların əksəriyyəti hesab edirlər ki, miqrqantlar Rusiya qanunlarını bilmədikləri üçün öz maraqlarını müdafiə edə bilmirlər.
Rusiyalıların 71 faizi bu fikirdədir. Resondetlərin 15 faizi isə bunun əksini söyləyirlər..

Təxminən Rusiyalıların 3-dən biri işçi miqrantların rus dili, Rusiya qanunvericiliyi və rus mədəniyyətindən imtahan vermələri vacibdir. Bir qism insan isə imtahanın o qədər də vacib olmadığını, amma onlara təhsil verilməsini uyğun sayır.
Rusiyada Yeqovaçı soydaşlarımız
Azərbaycanda fəaliyyəti geniş yayılmış “Yeqova şahidləri ” sektası Rusiyada azərbaycanlıların kompakt yaşadığı yerlərdə güclü təbliğatla məşğuldur. Bu missioner təşkilatın təsiri altına saldığı soydaşlarımızın sayı isə günbəgün artır.
Sankt-Peterburq şəhərində kucəbəkücə gəzərək, müxtəlif təbliğat vasitələri ilə insanları sektaya cəlb edən missionerlər yerlilərələ yanaşı, burada yaşayan qeyri-rusları da öz toruna salmağa muvəffəq olurlar. Butun bunları təsadüfən tanış olduğum sekta üzvündən öyrəndim. Söhbət zamani cəmiyyətin böyük əksəriyyətinin azərbaycanlı olduğunu deyən qadının sözərinə əvvəlcə şübhə etsəm də, araşdırdıqda narahatlıq doğuran həqiqətlər ortaya cıxdı...
Aysel Trudel-Birinci rus qadını

Harpers Bazaar jurnalını reytinqində birinici yeri tutan Aysel Trudeli məhz belə təqdi edib.

Moskvadaki elit butiklərin sahibi və Christian Louboutin, Agent Provocateur, Diane von Furstenberg və s. bu kimi məşhur Avropa markalarının Rusiyada nümayəndəsi azərbaycan əsilli Aysel Trudel Qərbdə öz həyat yoldaşlarını layiqli təmsil edən qadınlar reytinqində 1-ci olub. Xatırladaq ki, bu reytinqdə Anna Kurnikova, Olqa Sviblova və Natalya Bodyanova kimi tanınmış isimlər də var.

Harpers Bazaar jurnalının reytinqində birinici olan Aysel Trudel Pravda.ru saytına müsahibəsində bunun onun üçün gözlənilməz olduğunu deyib.
“Bizim litseydə bir millət var- RİYAZİYYAT!
“Bizim litseydə bir millət var- RİYAZİYYAT!
Rusiya Federasiyasinin Çelyabinsk şəhərinin 5 saylı Polis İdarəsinin mayoru Yuliya Penzinanin 31 saylı fizika-riyaziyyat litseyinə göndərdiyi sorğu dövlət orqanlarında böyük əks-səda dogurub. Polis mayoru gonderdiyi sorğuda litseydə oxuyan Qafqaz millətlərindən olan şagirdlər haqqında məlumatın (şagirdlərin soyadı, adı, ata adı, doğum tarixi, yaşadığı yerin ünvanı, oxuduqlari sinif və valideynləri haqda məlumat) verilməsini istəmişdi.

Polis  qeyri-leqal  taksilərin   “ovuna”  başladı
Paytaxt polisi qeyri-leqal taksi sürücülərini yoxlamaq üçün genişmiqyaslı əməliyyat keçirib. Keçən həftə ərizində şəhərdə 12 “qaçaq” taksi (“bombil”) saxlanılıb. Bu haqda DİN-nin rəsmilərinə istinadən RİA Novosti məlumat verib.

Bu gün polis əməkdaşları Moskvanın şimal-şərq dairəsində bir neçə qanunu pozan taksi saxlayıb. Onların maşınlarından taksi kimi istifadə etmələri, yük daşımağa icazələri olması haqqında heç bir sənədləri olmayıb.O da qeyd edilir ki, qeyri-leqal taksidə qət etdiyin məsafədən asılı olaraq gediş haqqı 100 rublla-1000 rubl arasında hesablanır. Tutulanlar inzibati qaydada cavabdehliyə cəlb olunublar. Maşınlar isə cərimə dayanacağına aparılıblar.
Fürsəti fötə verək və ya Avropa çətiri altında olmaqdan imtina
Saytımızda ilk müəllif yazımı bu kökdə və mövzuda yazmağı planlamasam da, bəzən situasiya səni qəfil yaxalayar, planından vaz keçməyə məcbur edər. Son zamanlar İran və “Avroviziya” məsələsinin gündəmi zəbt etdiyi bir vaxtda barmaqlarımı yumruq edib ha sıxdımsa, əllərimi bu istəyimə tabe elətdirə bilmədiyim kimi. Ya qəlbim əllərimi saxlaya bilmədi, ya da əllərim qəlbimi. İndi bu sətirləri yazıramsa, nə fərq edər ki, hansısa hansını yenib.
DÜŞÜNMƏYƏ DƏYƏR MƏNCƏ!

Qəribə zamanda yaşayırıq, dostlar! Tarazlığı pozulmuş, yaxşısı pisinə qarışmış, doğrusuyla yalanı arasındakı sərhədləri itmiş kimi görünən bir zamanda... İnsanlar bəzən özləri də həyatdan nə istədiklərini, nə umduqlarını bilmirlər. Əlbəttə ki, bu xaos, bu natarazlıq ədəbiyyatımıza təsir etməyə bilməzdi. Ədəbiyyat böhran içərisindədir.

Öz dövründə dahi Füzuli belə yazırdı: “Öylə bir dövrdəyəm ki, nəzm olub xar!“
Bax, indi biz də demək olar ki, buna çox bənzər hallar yaşamaqdayıq.
Dul qadınlara təqaüd verilməsin !!!
Antalyadakı Qazipaşa mahalının Kahyalar diyarı, Asarcıq məhəlləsində yaçayan 86 yaşlı Ahmet Demir hökümətin dul qadınlara təqadüd verilməsinin tətbiqinə başlanmasına etiraz etdi. 2008-ci ildə 64 yaşlı arvadı rəhmətə getdiyindən dul qalan Ahmet 5 ildir yalnız yaşadığını dedi. “Dərdim bəlli, dul qadınlara hökümət 250 lirəlik təqaüd verincə onlar da ərə getmək istəmirlər”-deyə şikayət edib Ahmet Demir.
Rusiyanın  “Vkontakte”   sosial şəbəkəsinə  Türkiyədən qadağa
Rusiyanın “Vkontakte” sosial şəbəkəsinə Türkiyədən qadağa

Bu haqda “Vedomosti ” qəzeti məlumat verib. Ehtimala görə buna sədəb vk.ru və vkontakte.ru saytları istifadəçilərinin yerləşdirdikləri şübhəli məzmunlu videolar olduğu qeyd edilir.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru