Stiv Jobsa rəqəmli heykəl qoyulacaq


Stiv  Jobsa  rəqəmli  heykəl qoyulacaq

Sankt-Peterburqda dünya şöhrətli “Apple” şirkətinin təsisçisi mərhum Stiv Jobsa qeyri-adi heykəl qoyulacaq. Şəhərin parklarının birində “Günəş QR kodu” qoyulması planlaşdırılır. Bu haqda layihənin təşəbbüsçüsü olan “İT inkişaf Fondu”nun sədri bildirib.

İnformasiyanın kodlaşdırılmasının perespektiv üsulunu əks etdirən QR adlı kod təsvirli xüsusi qurğu son zamanlar geniş yayılmış və adət etdiyimiz ştrix kod alıcılarının siralarını daraldacaq.
Yeni layihənin əsas üstünlüyü 3 kilobayt informasiyanın kodlaşdırılması imkanına malik olması, smartfon kameralı və digər mobil qadjetlərlə asanlıqla oxuna bilməsidir.

İTAR-TASS-ın məlumatıa görə Jobsa qərəmli heykəl qoyulması ideyası müsabiqədə iştirak edən 200 layihə içərisindən seçilib.

Xatırladaq ki, “Apple” yaradıcısının Macarıstanın paytaxtı Budapeşt şəhərində heykəli var. Jobsun təsviri olan heykəldə o, bronza rəngli boğazlı köynəkdə, cins şalvar və idman ayaqqabısındadır, gözündə isə dəyirmi eynək var. Heykəlin hündürlüyü 2 metrdən artıqdır. Çəkisi isə 220 kiloqram təşkil edir.

Yaxınlarda Stiv Jobsun heykəli Ukraynanın Odessa şəhərində də peyda olacaq. Stiv Jobsun xatirəsinin əbədiləşdirilməsi təklifi ilə şəhər ail məktəbinin tələbə və müəllim kollektivi çıxış edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir